Aİ ve Dünya Bankı Azərbaycanla bağlı yeni saziş imzalayıblar
16.02.2022 [11:40]
Avropa ittifaqı (Aİ) və Dünya Bankı (DB) bu gün Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə inzibati sazişi imzalayıblar.
Aİ-dən Trend-ə verilən məlumata görə, ümumi büdcəsi 5,25 milyon avro təşkil edən bu üçillik proqram Al tərəfindən maliyyələşdirilir və DB tərəfindən idarə olunur.
Proqramın məqsədi Azərbaycan Hökumətinə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə" uyğun olaraq, məsləhət və analitik dəstəyi ve potensialın gücləndirilməsini təmin etməkdən ibarətdir. Bu dəstək sosial inklüzivliyi ve bağlantıları gücləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-un təsirlərinin səmərəli şəkildə aradan qaldırlmasına kömək edəcək. Saziş Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Sara Maykl və Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tərəfindən imzalanıb. İmzalanma mərasimində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev iştirak edib.
AZTAF programı Aİ-nin dörd Tərəfdaşlıq Prioritetinə - i) institutlarin gücləndirilməsi və yaxşı dövlət idarəçiliyi, ii) iqtisadi inkişaf və bazar imkanları, iii) rəqəmsal bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlimlə bağlı tədbirlər, iv) mobillik və insanlararası temaslara - uyğun olaraq, silsilə proqrammatik və ünvanlı texniki yardım fəaliyyətlərini əhatə edir.
"Aİ ve Dünya Bankının bu aləti Azərbaycan hökumətinin sosial-iqtisadi inkişaf gündəliyinə sürətli və əhəmiyyətli dəstəyi təmin edəcək. O, xüsusilə COVID-19-un uzun müddətli sosial iqtisadi təsirlərinin yumşaldılmasına kömək etməklə Azərbaycan xalqına, o cümlədən ən həssas əhali qruplarına fayda verəcək", - Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib. "Bu təşəbbüs Aİ və Azərbaycan arasında tərəfdaşlığın növbəti nümayişidir. O, Aİ-nin bu yaxınlarda 2 milyard avro investisiya potensialının olduğunu açıqladığı və müvafiq beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq çərçivəsində icra olunacaq Azərbaycan üçün İqtisadi və İnvestisiya Planı ilə əlaqələndiriləcək."
AZTAF Dünya Bankı Qrupunun əhatəli iqtisadi artım, dövlət və korporativ idarəçilik, təmiz ətraf mühit ve dayanıqlı inkişaf, insan kapitalının inkişafı ve sosial inkluzivlik kimi sahələrdə həyata keçirilən və uzun müddətli tərəfdaşlıqlarına əsaslanır. O, əlavə potensialın gücləndirilməsi, bilik mübadiləsi ve analitik fəaliyyətlər vasitəsilə hökumətin strateji prioritetlerinə dəstəyi intensivləşdirmək məqsədilə Bankın hazırki səyləri və resurslarını tamamlayacaq.
"Biz iddialı AZTAF porqramını icra etmək məqsədilə Azərbaycan Hökuməti və Avropa İttifaqı ilə tərəfdaşlıqdan çox məmnunuq. İnanırıq ki, o, Azərbaycana iqtisadiyyatın və institutların müasirləşdirilməsi, xidmətlərin göstərilməsi və insan kapitalının inkişafı və hamı üçün yaşıl gələcəyin qurulmasına yardım edən əsas hökumət proqramları və islahatlarını dəstəkləyəcək", Dünya Bankının Azerbaycan üzrə ölkə meneceri Sara Maykl deyib: "Bu, bizim ölkə üzrə hazırki proqramımız üçün çox aktualdır və Azərbaycanla növbəti Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması üçün baza kimi çıxış edəcək".
AZTAF proqramı Hökumətin təxirəsalınmaz prioritetlərinə cavab verən konkret fəaliyyətləri əhatə edir. Bu fəaliyyətlər hökumətin dövlət müəssisələrinin idarəçiliyi, dövlət satınalmaları, su ehtiyatlarının idarə edilməsi, “ağıllı kəndlər”, rəqəmsal inkişaf, enerji səmərəliliyi, qadınların sahibkarlıq fəaliyyəti, əlillik və inkluzivlik kimi geniş spektrli prioritetlərini dəstəkləyəcək.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

