Ermənistan parlamentində Qubadlı söhbəti...
04.03.2022 [10:15]
Paşinyan erməni müxalifətçilərini yenə pərişan etdi
Nardar BAYRAMLI
Ermənistan parlamentində “hökumət saatı” zamanı çıxış edən baş nazir Nikol Paşinyan müxalifət deputatlarının ittihamları ilə üzləşib. Amma Paşinyan müxalifətin “Dağlıq Qarabağ ərazisinin 75 faizini Azərbaycana təhvil verdiniz” ittihamlarını rədd edib. O deyib ki, bu rəvayət 44 günlük müharibədən sonra hakimiyyətin əleyhdarlarının çıxışlarında daim səsləndirilir. Paşinyan parlamentdə “Hayastan” blokunun deputatı Ripsime Stambulyanın iradına cavab olaraq, müxalifət qruplarından Qubadlı şəhərinin onlar üçün “Qubadlı” və ya “Sanasar” olduğunu açıqlamağı tələb edib. “Əgər bu, Qubadlı yox, Sanasardırsa, bəs niyə sizin liderləriniz (Robert Köçəryan və Serj Sarkisyan - red.) 20 il ərzində bu ərazilərin təhvil verilməsi ilə bağlı danışıqlar aparıblar? Və bunu açıq şəkildə ediblər. Sizin qəbul etdiyiniz “Madrid prinsipləri”ndə yeddi rayonun Azərbaycana qaytarılması ilə bağlı yazılıb. İndi mənə deyin, satqınlar, niyə öz vətəninizlə “bazarlıq” edirdiniz?! Orada taxıl əkmək üçün? Rəsmi şəkildə cavab verin”,-deyə Ermənistanın baş naziri müxalif deputatlara qəzəblənib. Paşinyan hesab edir ki, müxalifət qrupları Qubadlını “Sanasar” olaraq rəsmən “erməni torpağı” kimi tanıyırsa, o zaman onların liderləri dövlətə xəyanətdə mühakimə edilməlidir. Baş nazir rəqiblərini “timsah göz yaşları” tökməyi dayandırmağa çağırıb.
Paşinyanın bu fikirləri Ermənistanın reallıqlarla barışması deməkdirmi? Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, Paşinyan hələ “44 günlük müharibənin kökləri’’ adlı məqaləsində Ermənistan diplomatiyasının, ordusunun məğlubiyyətinin səbəbləri, Ermənistanı hazırkı acınacaqlı vəziyyətə aparan yol barədə yazıb. Onun sözlərinə görə, həmin məqalədə mövcud vəziyyətin əsas səbəbkarlarının Koçaryan-Sarkisyan cütlüyü olduğu deyilirdi: “Paşinyan, eyni zamanda uzun illər danışıqların imitasiya xatirinə aparıldığını da etiraf edib. Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın məqsədyönlü diplomatiya həyata keçirdiyi və faktiki olaraq Ermənistanı və onun tərəfdarlarını mürəkkəb vəziyyətə saldığı etiraf olunurdu. Paşinyan etiraf edirdi ki, Azərbaycan Prezidenti bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirib və mövqeyini getdikcə daha da möhkəmləndirib. 2007-ci ildən masada olan Madrid prinsiplərində 7 rayonun Azərbaycana qaytarılması da nəzərdə tutulurdu. Özündən əvvəlki hakimiyyətdə olanları ittiham edən Paşinyan bildirir ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bu yana aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib. O, Köçəryan və Sarkisyanın tərəfdarlarına bütün bunları xatırladır, onlardan cavab tələb edir. Amma həmin deputatlar da Paşinyana tutarlı cavab verə bilmirlər. Ermənilər həm işğal, həm də işğaldan sonrakı dövrdə də belə fikirlər səsləndirirlər ki, əgər o ərazilər bizim idisə, niyə orada daşı-daş üstündə qoymurdunuz, niyə orada bir bina tikmirdiniz, niyə bir ağac əkmirdiniz? Əksinə viran qoyurdunuz, sökürdünüz, talayırdınız, vəhşilik edirdiniz. Hətta, qəbirləri, məscidləri də talayırdınız. Demək, siz dərk edirdiniz ki, bu torpaqlar sizinki deyil. Bilirdiniz ki, nə vaxtsa, buranın sahibləri gələcəklər. Ona görə də, belə vəhşiliyə əl atırdınız. Paşinyan da bunları deyir. Erməni baş nazir həmin fikirləri ilə başa salır ki, o torpaqlar ermənilərin deyil. Bu reallığı həm iqtidar, həm də müxalifət bilir. Sadəcə, siyasi mübarizə apardıqları üçün belə söhbətlər var”.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

