Bakıda mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb
23.04.2022 [11:49]
Paytaxtın Xəzər rayonu Binə qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan, yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlayan, həmçinin hədə-qorxu ilə tələb etmə və çoxsaylı oğurluq cinayətləri törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış və 3-cü Polis Şöbələrinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsi Südçülük Sovxozu adlanan ərazidə yaşayan əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Anar İsmayılov və onun başçlıq etdiyi dəstənin üzvləri tutularaq istintaqa təqdim ediliblər.
Dəstə başçısı Anar İsmayılovun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq heroin, 1 ədəd “F-1 əl qumbarası”, 1 ədəd “Lankaster” markalı tüfəng, 1 ədəd “Makarov” konstruksiyalı tapança və 25 ədəd patron aşkar edilib. Onunla birlikdə saxlanılaraq 3-cü Polis Şöbəsinə gətirilən dəstə üzvləri Ehtibar Quliyev, Ceyhun Əhədzadə, Elvin Hacıyev, Həmid İsmayılov və Sənan Tahirovun üzərindən də müxtəlif növ narkotik maddə aşkar edilib.
Araşdırma zamanı dəstə üzvlərinin paytaxtın Xəzər, Suraxanı və digər rayonlarında çoxlu sayda oğurluq cinayətləri törətdikləri məlum olub. Həmçinin onların Anar İsmayılovun tapşırığı ilə ticarətlə məşğul olan müxtəlif şəxslərə hədə-qorxu gələrək zərərçəkənlərdən qanunsuz olaraq pul tələb etdikləri müəyyən edilib.
Saxlanılan şəxslər barəsində 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Anar İsmayılov və dəstənin digər üzvləri barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə Cinayət İşi başlanılıb.Onların hər bir barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Dəstə üzvlərinin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

