Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heydər Əliyev və Azərbaycan səhiyyəsi

Heydər Əliyev və Azərbaycan səhiyyəsi

09.05.2022 [22:41]

Bu gün Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin doğum günüdür. Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti və müstəqil Azərbaycan dövlətinin memarıdır. Ulu öndərin yenidən hakimiyyətə qaydışı Azərbaycanı parçalanmaq, dağılmaq təhlükəsizndən xilas etdi. Ölkəmizdə rifahın, tərəqqinin əsası qoyuldu. Təsadüfi deyil ki, ulu öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi.

Ümummilli lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar  tədbirlər kompleksinə  - köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Ulu öndər  hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vuğulayırdı. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı. Nəniki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradıldı ki, bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar vardı. Ölməz liderin  elm, təhsil və səhiyyə sistemlərindəki müstəsna xidmətlərindən danışarkən xatırlatmaq lazımdır ki, XX əsrin son onilliklərində tibb üzrə xarici  mütəxəssislərin, alimlərin  Azərbaycana gəlişi,  yerli mütəxəssislərlə körpülərin qurulması, eləcə də tibb elmi və tibb təhsili ilə bağlı inkişaf strategiyası birmənalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır. Elmi tarixə ekskursiya edərkən görürük ki,  Səhiyyə nazirliyinə bağlı elmi tədqiqat institutlarının dayanıqlı  inkişafı da məhz   həmin illərdən başlayır. Həmin dövrdə çoxlu sayda səhiyyə mərkəzlərinin, xəstəxanaların, tibb müəssisələrinin yaradılmasına ayrılan diqqətlə bərabər yeni nəslin, doğulan körpələrin, doğum evlərinin qayğıyla əhatə olunması xalqımızın qarşısında ən böyük xidmətlərdən biridir. Yeri gəlmişkən,  çalışdığım Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Cəmilə Qurbanovanın rəhbərliyi altında institut  Ulu Öndərin ana və uşaq sağlamlığı ilə bağlı siyasətinə uyğun şəkildə fəaliyyətini davam etdirir, gənc tibbi heyətə  Heydər Əliyev irsinin, ideyalarının çatdırılması üçün müxtəlif konfranslar, tədbirlər təşkil olunur.  
Məhz zəngin təcrübəsi və dünyagörüşü sayəsində Ulu Öndər Azərbaycan naminə mümkünsüz sayılan ən çətin layihələri  həyata keçirməyə müvəffəq oldu. Nəticədə stabil, inkişaf edən və beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu olan bir dövlətin əsası qoyuldu.
Qeyd etmək lazımdır ki, Ümummilli liderin başladığı inkişaf strategiyası bu gün  Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəslin sağlam inkişafına bir töhfədir. Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər verir. Ulu Öndərin diqqət yetirdiyi ən vacib məsələ - insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi   bu gün  də dövlət başçısı İlham Əliyevin daim nəzarətindədir.

Azərbaycanın hər bir bölgəsində əhali müasir xəstəxanalarda keyfiyyətli tibbi yardım ala bilir. Xaricdə təhsil almış yüsək ixtisaslı həkim kadrlar və peşəkar tibbi heyət olduğu üçün xəstələr öz sağlamlıqlarına qovuşmaq üçün xarici ölkələrə üz tutmurlar. Müxtəlif xəstəliklər üzrə insanlar pulsuz dərmanlarla təmin olunur, maddi imkanı aşağı olan xəstələrin müalicə xərcləri dövlət hesabına ödənilir. İşğaldan azad olunan rayonlarımızda da müasir tibb ocaqlarının tikilməsi, ən son tibbi texnologiyaların insanların ixtiyarına verilməsi prioritet məsələlərdəndir. Tibbi xidmətin hər kəs üçün əlçatanlığının təmin olunması həm də dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir. 
Bir sözlə uğurlarımızın əsası birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.   Bütün həyatını vətəninin suverenliyinə, xalqının xoşbəxtliyinə həsr edən  böyük liderin əziz xatirəsi  Azərbaycan var olduqca hər kəsin qəlbində, habelə çoxsalı səhiyyə işçilərinin qəlbində daim yaşayacaq. Ruhu şad olsun!

Afət Həsənli
Azərbaycan Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru, YAP-ın üzvü

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Analitik

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

27 May 10:15

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31