Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əli Həsənov: Düşünürük ki, oktyabrın 27-də imzalanan bəyannamədən sonra Mübariz İbrahimovun meyitinin qaytarılması məsələsi öz həllini tapacaq

Əli Həsənov: Düşünürük ki, oktyabrın 27-də imzalanan bəyannamədən sonra Mübariz İbrahimovun meyitinin qaytarılması məsələsi öz həllini tapacaq

29.10.2010 [09:13]

“ATƏT-in Minsk qrupu həmsədrlərinin formatındakı danışıqlarla bərabər birbaşa danışıqları, o cümlədən Rusiya prezidentinin iştirakı ilə keçirilən danışıqları yüksək dəyərləndiririk”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib: “Düşünürük ki, Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən vasitədən, istənilən formadan və formatdan istifadə edilməlidir. Məsələnin həllini yaxınlaşdıran istənilən təkliflər müzakirə edilməlidir. Həştərxanda keçirilən görüşün müsbət nəticəsi olaraq iki ölkə başçıları müştərək bəyannamə imzalayıb və bu bəyanat hərbi əsirlərin və müharibə nəticəsində həlak olmuş meyitlərinin qaytarılmasına bir aydınlıq gətirib. Uzun müddətdir ki, bu məsələ Azərbaycan xalqını narahat edirdi, xüsusən də Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılması ilə bağlı Azərbaycan dövləti neçə vaxtdır ki beynəlxalq təşkilatlarla bərabər fəal iş aparır. Düşünürük ki, oktyabrın 27-də imzalanan bəyannamədən sonra bu məsələ öz həllini tapacaq”.

Paylaş:
Baxılıb: 969 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31