Gizli sənədlər üzə çıxdı...
17.05.2022 [10:48]
Ukraynalılar niyə Sibirə göndərilir?
MİKAYIL
Son vaxtlar Rusiyanın yüz minlərlə ukraynalını məcburi şəkildə müxtəlif bölgələrə deportasiya etdiyi iddia olunur. Bu barədə Britaniyanın “Daily Mail” nəşrində məlumat yayılıb.
İddiaya görə, müharibə zamanı əsir düşmüş ukraynalılar rus hərbçilər tərəfindən Ukraynadakı “filtrasiya” düşərgələrinə aparılırlar. Bu düşərgələrdəki ciddi sorğu-sualdan, amansız işgəncələrdən sonra şəxsi əşyaları zorla əllərindən alınır və onlar Rusiyanın Uzaq Şərqdəki bölgələrinə sürgün edilirlər. Bu düşərgələrdə ailələrindən ayrı düşmüş minlərlə uşağın olduğu bildirilir.
Stalinin sürgün siyasəti
Bu, insanlara İkinci Dünya müharibəsində Stalinin siyasətini xatırlatdı. Belə ki, keçmiş Sovet İttifaqının lideri İosif Stalin İkinci Dünya müharibəsində Rusiyaya qarşı alman faşistləri ilə əməkdaşlıq etdiklərini əsas gətirərək Qafqazda yaşayan yarım milyon insanı son dərəcə əlverişsiz şəraitdə Sibir və Orta Asiyaya sürgün etdi, çoxlu sayda insan bu səfər zamanı həlak oldu.
1944-cü ilin fevralında baş vermiş hadisə bəşər tarixinə qara ləkə kimi düşdü.
1,2 milyon ukraynalı Sibirə sürgün edildi
Sözügedən nəşrdə qeyd olunur: “Kremldəki mənbələrdən əldə edilən sənədlərə əsasən, Putin işğaldan əvvəl “Stalin taktikası”ndan istifadə edib və ukraynalılar üçün məcburi deportasiya planı hazırlayıb. Bu plana əsasən, Putin 2 milyon ukraynalını zorla Rusiyaya deportasiya etməyi düşünür. Gizli sənədlərə əsasən, müharibə başlayandan bəri təxminən 1,2 milyon ukraynalı Rusiyaya aparılıb. Rusiyaya aparılan ukraynalıların əksəriyyəti Sibirin ucqar kəndlərinə və Yaponiya yaxınlığındakı adalara köçürülüb. Bu ərazilərə köçürülən ukraynalıların zorla müxtəlif işlərdə çalışdırıldıqları iddia olunur.
Diqqət çəkən məqam isə odur ki, iddiaya görə, Rusiya müharibədən əvvəl ukraynalılar üçün artıq 1300-dən çox köçürmə mərkəzi yaradıbmış.
Ukrayna təsdiqlədi...
Ukrayna prezidenti Volodimir Zelenski də Portuqaliya parlamentində çıxışı zamanı bildirib ki, ruslar işğal olunmuş ərazilərdən ən azı 500 min ukrayna vətəndaşını Rusiyaya qaçırıblar.
Ukrayna rəsmilərinin sözlərinə görə, əsir götürülən bəzi ukraynalılar rus hərbçilər tərəfindən müharibədə “qalxan” kimi istifadə edilirlər. Qeyd olunub ki, əsirlər dağıdılmış binalarda partlamamış bombaları tapmağa və Rusiyanın müharibə cinayətləri sübutlarını məhv etməyə məcbur edilirlər.
Pentaqonun sözçüsü Con Kirbi isə ABŞ-ın Ukraynada “məcburi deportasiya” düşərgələri aşkar etdiyini bildirib.
Rəsmi Kreml nə deyir?
Kreml isə Mariupol kimi şəhərlərdən qaçan ukraynalıların “gedəcək yerləri olmadığı üçün” Rusiyaya aparıldığını deyir.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

