Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müharibənin 84-cü günü...

Müharibənin 84-cü günü...

18.05.2022 [10:10]

Kim nə qədər itki verib?

229 uşaq həlak olub, 421 uşaq güllə və qəlpə yarası alıb

SADİQ

Rusiya-Ukrayna müharibəsinin 84-cü günüdür. Hər iki cəbhə qarşı cəbhənin itkiləri ilə bağlı məlumatları yayıb. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayını açıqlayıb. Bildirilib ki, döyüşlər nəticəsində Rusiya 27 700 hərbçisini itirib. Bundan başqa, Rusiyanın 1 228 ədəd tankı, 2 974 ədəd zirehli döyüş maşını, 577 ədəd artilleriya sistemi, 195 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 89 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 165 ədəd helikopteri, 97 qanadlı raket, 2 101 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 427 ədəd dronu və 42 ədəd xüsusi texnikası sıradan çıxıb. Yayılan məlumata görə, Ukraynada davam edən müharibədə ötən həftə ən qanlı döyüşlərdən biri olub. Belə ki, Severski Donets çayı istiqamətində hücum zamanı Rusiya ordusunun 400-dən çox hərbçisi öldürülüb və ya yaralanıb. Qeyd olunur ki, mayın 11-də Rusiyanın 41-ci ümumqoşun ordusunun 74-cü motoatıcı briqadasının 550 nəfər hərbi qulluqçusu Şimali Donets çayını keçmək üçün yönləndirilib. Lakin Ukrayna ordusunun artilleriya birləşmələri bir neçə ponton körpünü partlatmaqla hücumun qarşısını alıb, şəxsi heyətin cəmləşdiyi ərazilərə dəqiq zərbələr endirilib. Döyüş zamanı 485-ə qədər Rusiya hərbçisinin həyatını itirdiyi və ya yaralandığı, 80-ə qədər hərbi texnikanın məhv olduğu qeyd edilir.

Rusiya - Ukrayna müharibəsi nəticəsində indiyədək 229 uşaq ölüb, 421 uşaq güllə və qəlpə yarası alıb. Ukraynanın Baş Prokurorluğunun yaydığı son məlumata görə, müharibə başlayandan indiyədək müxtəlif səbəblərdən xəsarət alan uşaqların ümumi sayı isə 647-yə çatıb. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə isə, Azovstaldakı ukraynalı hərbçilər, o cümlədən Azov bölməsi təslim olmağa başlayıb. Son sutka ərzində 265 nəfər silahı yerə qoyub, onlardan 51-i ağır yaralanıb. Onlar müalicə üçün Novoazovska göndərilib. Bundan başqa, Lvov vilayətində Ukraynanın ehtiyatda olan bir qrup əsgəri, Stariçi dəmiryol stansiyasında ABŞ və Avropadan gələn hərbi texnika və silahların bir hissəsi dənizdən “Kalibr” raket zərbəsi ilə sıradan çıxarılıb. Raket zərbələri nəticəsində Axtırka və Desna yaxınlığındakı təlim mərkəzləri ərazisində Ukrayna Silahlı Qüvvələrinin ehtiyatları da məhv edilib. Eləcə də, Rusiya hərbi aviasiyasının raket zərbələri nəticəsində 470 ukraynalı hərbçi öldürülüb, 68 hərbi texnika məhv edilib. Xarkov vilayətində Merefa dəmir yolu stansiyası yaxınlığında elektrik yarımstansiyası dağıdılıb. Rusiya aviasiyası doqquz komanda məntəqəsini, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 93 ərazini, həmçinin Nikolayev vilayətində üç silah-sursat anbarını vurub. Raket və artilleriya qurğuları isə altı komanda məntəqəsini, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 224 ərazini, atəş mövqelərində 12 artilleriya və minaatan batareyasını, BM-21 Qrad MLRS-nin dörd batareyasını və havanın aşkarlanması üçün iki radar stansiyasını vurub. Hava hücumundan müdafiə sistemləri Ukraynanın müxtəlif bölgələrində Ukraynaya məxsus 23 pilotsuz uçuş aparatını məhv edib. 8 Smerç MLRS raketi Xerson vilayətinin Çernobaevka yaxınlığında ələ keçirilib.

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31