Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gənclər üçün ödənişsiz ilk yardım təlimləri keçiriləcək

Gənclər üçün ödənişsiz ilk yardım təlimləri keçiriləcək

01.06.2022 [14:47]

“İrəli” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Sağlamlıq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə gənclər üçün “Qızıl Yardım” layihəsinə start verilir.

Birliyin Mətbuat xidmətindən məlumat verilib ki, 5 gün davam edəcək layihə xüsusi proqram çərçivəsində seçilmiş gənclər ilk yardım təlimləri, müxtəlif simulyasiya və praktiki sessiyalarda iştirak edəcəklər. Xüsusi proqram mövzularına həmçinin ümumi ilk yardım, hadisə yerinin dəyərləndirilməsi, qanaxma, şok, huşunu itirmə, koma, yaralanmalar və kəllə-beyin travmaları, zəhərlənmələr, yanıq, donma, günvurma, epileptik tutmalar və s. aiddir.

“İrəli” İctimai Birliyinin ofisində keçiriləcək bütün təlimlərdə iştirak edən iştirakçılar Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “İrəli” İctimai Birliyi tərəfindən beynəlxalq ilk yardım sertifikatı ilə təltif ediləcəklər. Bununla yanaşı, təlim proqramını uğurla başa vurmuş gənclər növbəti fəaliyyət müddətində təlimçi kimi formalaşacaq, habelə Birliyin hərbi vətənpərvərlik istiqamətində həyata keçirdiyi düşərgələrdə Sağlamlıq Mərkəzinin təlimatçısı kimi iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, “Qızıl Yardım” layihəsinin keçirilməsində əsas məqsəd gənclər və gənclərlə işləyən şəxslərin ilk yardımla bağlı bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə baş verə biləcək bədbəxt hadisələrə hazırlıqlı olmasını təmin etməkdir. Habelə layihənin məqsədləri sırasına zərərçəkmişə təcili və təxirəsalınmaz ilk yardım müdaxiləsi etmək vərdişlərini aşılamaq, o cümlədən “İrəli” Sağlamlıq Mərkəzi üzvlərinin sertifikatlaşdırılması daxildir.

Layihədə iştirak etmək istəyən motivasiyalı, həvəskar və məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3PMOt5c

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30