Rəqabət Məcəlləsi hazırlanıb
02.06.2022 [10:20]
Sənəd daxili bazarda azad rəqabəti təmin etmək məqsədi daşıyır
PƏRVİZ
Uzun illərdir ki, müzakirə edilən Rəqabət Məcəlləsinin qəbulu məsələsi yenidən gündəmə gəlib. Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanan məcəllənin layihəsi müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilib. Xatırladaq ki, Rəqabət Məcəlləsi 2006-cı ildə ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb. 16 ildən sonra yenidən hazırlanan Məcəllənin Milli Məclisin payız sessiyasının plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.
Məcəllənin qəbulunun gecikməsi isə bir sıra məsələlərlə bağlı olub. Bəzi mütəxəssislər ölkəmizdə rəqabətin tənzimlənməsi, inhisarlarla mübarizə, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində bir sıra qanunların artıq qəbul edildiyini və ya sonradan təkmilləşdirildiyini bildirirlər. Məsələn, “Antiinhisar fəaliyyəti haqqında” qanun” (1993), “Haqsız rəqabət haqqında” qanun” (1995), “Dövlət satınalmaları haqqında” qanun və s. kimi qanunlar artıq qəbul edilib. Yəni, bu sahədə qanunvericilik aktları boşluğu mövcud deyildir, amma bu qanunların təkmilləşməsinə, yeni reallıqların nəzərə alınmasına ehtiyac var. Bu baxımdan, əvvəlcə mövcud olan qanunların yenidən təhlili və onların təkmilləşdirilməsi işləri aparılmalı, sonradan Rəqabət Məcəlləsi qəbul edilməlidir.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” a bölüşən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, artıq məcəllə hazırlanıb və müvafiq strukturlara təqdim olunub. Məcəllə ilə tanış olduğunu bildirən V.Əhmədov qanun toplusunu ki?ayət qədər normal qiymətləndirir: “Çox ciddi bir qanun layihəsidir. Yəqin ki, gələn sessiyada həmin məcəlləni qəbul edəcəyik. Bu qanun bizim üçün çox əhəmiyyətlidir. Məcəllənin qəbulunun məqsədi Azərbaycanın daxili bazarında azad rəqabəti təmin etmək, bazarda inhisarçılığın, monopoliyanın qarşısını almaq, bütün sahibkarlar üçün eyni şəraiti yaratmaqdan ibarətdir. Bu məcəllə qiymət siyasətinə öz təsirini göstərəcək. Düzdür, bu sənədin qısa müddətdə bütün problemlərin qarşısını alacağını da gözləmək düzgün olmaz. Bununla belə, onun işlək olacağına ümid böyükdür. Bunun üçün müəyyən bir orqan da yaradılmalıdır ki, bazarda azad rəqabəti təmin etsin. Rəqabət orqanı yaradılmalıdır. Fikrimcə, bu orqan birbaşa cənab Prezidentə tabe olsa, daha yaxşı olar. Çünki burada ciddi məsələlərdən söhbət gedir”.
Millət vəkili onu da əlavə edib ki, Rəqabət Məcəlləsi üzərində uzun müddətdir ki, işlər gedirdi. Onun qəbul olunmasına maneə törədən bəzi məmurlar vardı: “Məcəllə artıq hazırdır. Bütün orqanlarla faktiki razılaşdırılıb”, - deyə V.Əhmədov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13

