Bakıda növbəti beynəlxalq tədbir...
03.06.2022 [10:06]
ADA Universitetində 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçirilir
Nardar BAYRAMLI
Bakı şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edir. Belə ki, dünən ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz işinə başlayıb. Konqresdə elm və təhsil sahəsi üzrə bir çox rəsmilər, türk dövlətlərinin aparıcı universitetlərinin rektorları, nüfuzlu alimlər və yüksəksəlahiyyətli yerli və xarici çıxışçılar iştirak edirlər. Konqres çərçivəsində baş tutan panel müzakirələr çərçivəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə regionda yaranan yeni reallıqlar və çağırışlar, geosiyasi vəziyyət və sülh quruculuğu kimi mövzular ətrafında müzakirələr aparılır.
Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Konqres iştirakçılarını salamlayaraq konqresin daha əvvəl İspaniya, Rumıniya, Türkiyə, Qüds, Özbəkistan və Makedoniyada keçirildiyini nəzərə çatdırıb. Rektor tədbirdə iştirak etmək üçün 520-dən çox qonağın Bakıya, ADA Universitetinə gəldiyini və 1000-dən çox akademik məruzənin təqdim edildiyini bildirib. Səfir Hafiz Paşayev əlavə edib ki, ADA Universiteti Türkiyənin bir neçə aparıcı universiteti də daxil olmaqla dünyanın 100-dən çox ali təhsil ocağı ilə akademik əməkdaşlığı inkişaf etdirib. Onun sözlərinə görə, tədbir iştirakçıları Şuşaya da səfər edəcəklər: “Onlar səfər zamanı erməni vəhşilikləri və aparılan quruculuq işləri ilə yaxından tanış olacaqlar”.
Çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova tədbirin önəmindən bəhs edərək deyib ki, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir. Çünki Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. Onun sözlərinə görə, Konqresin bir mühüm tərəfi də qardaş ölkələrimiz arasında münasibətlərin siyasi, tarixi, sosioloji və mədəni əsaslarının, inkişaf perspektivlərinin nəzərdən keçirilməsi, prosesə töhfə verəcək yeni ideyaların, təşəbbüslərin işlənib hazırlanmasıdır. Konqresin ayrı-ayrı panelləri üzrə seçilmiş mövzular da əslində elə bu niyyəti və əzmi nümayiş etdirir.
Spiker bildirib ki, dövlətlərimiz arasında rəsmi münasibətlər 30 ili əhatə etsə də, xalqlarımızın ortaq tarix, dil, mənəvi-mədəni dəyərlərə əsaslanan birliyi və həmrəyliyi əsrlərdir davam edir: “Azərbaycan-Türkiyə əlaqələrinin bugünkü səviyyəsi isə birlik və həmrəyliyimizin yeni bir təzahürüdür. Azərbaycan torpaqlarının işğaldan azad olunması və ondan sonra baş verən proseslər göstərdi ki, Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi regionumuzda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir. Bu birlik bütün qardaş türk dövlətlərinin maraqlarına da cavab verir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Türk dünyasının birlik və bərabərliyinin möhkəmlənməsi üçün də yeni imkanlar yaradıb”. S.Qafarovanın fikrincə, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində aparılan müzakirələr elmi dairələrimizin birgə fəaliyyətinin gücləndirilməsi baxımından faydalı olacaq, sosial elmlər sahəsində gələcəkdə təşkil ediləcək müzakirələrə dəyərli töhfə verəcək.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop konfransın əhəmiyyətini vurğulayaraq söyləyib ki, tədbir çərçivəsində təxminən 30 il davam edən işğal, verilən şəhidlər, ürək parçalayan Xocalı qətliamına alimlər tərəfindən diqqət çəkiləcək. Mustafa Şentop Türkiyə-Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlıqdan danışıb: “30 illik işğaldan sonra Qarabağ torpaqları öz sahiblərinə qovuşub. 30 il boyunca davam edən işğalın acı nəticələrinin, Xocalı soyqırımının və digər qətliamların sosial elm adamları tərəfindən dəyərləndirilməsinə ehtiyacımız var. Konqres iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər edəcəklər. Mən o ərazilərə səfər etmişəm. Orada ermənilər tərəfindən törədilən dağıntılar onların nə qədər mədəniyyət, təbiət düşməni olmasını göstərir. Sosial elm adamları da o ərazilərə səfər edəcək və bütün bunları öz gözləri ilə görəcəklər”.
Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinin Türkiyə üçün vacibliyini vurğulayan M.Şentop 20 fərqli ölkəni təmsil edən professorun konqresdə iştirak etdiyini və buradakı müzakirələrin nəticəsinin kitab şəklində çap olunacağını diqqətə çatdırıb.
Çıxış edən təhsil naziri Emin Əmrullayev Azərbaycan və Türkiyənin təhsil nazirlikləri arasında əməkdaşlığa diqqət çəkərək gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün nəzərdə tutulmuş Dövlət Proqramından danışıb. Dövlət proqramları çərçivəsində gənc istedadların təhsil almaları üçün geniş imkanların təqdim edildiyini vurğulayan nazir Azərbaycandan 20 mindən çox tələbənin Türkiyədə təhsil aldığını və bu il Bakıda Azərbaycan-Türkiyə Universitetinin əsasının qoyulacağını diqqətə çatdırıb.
Sonda çıxış edən Beynəlxalq Balkan Universitetinin rektoru Erol Özvar Türkiyə universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında əlaqələrin inkişafından və perspektivlərdən söhbət açıb.
Qeyd edək ki, iki gün davam edəcək Konqres Bakıda panel müzakirələrlə davam edəcək, Şuşada keçiriləcək tədbirlə başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

