Azərbaycan İCİEC-in üzvlüyünə qəbul edilib
08.06.2022 [14:38]
Azərbaycan İslam İnkişaf Bankının (İsDB) Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasına (İCİEC) üzvlüyü ilə bağlı müvafiq qətnamə qəbul olunub.
“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, qətnamə iyunun 1-4-ü tarixlərində Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən İslam İnkişaf Bankının Müdirlər Şurasının 47-ci İllik Toplantısında qəbul edilib.
Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev rəhbərlik edib. İllik toplantıda yaşıl və dayanıqlı infrastrukturun qurulması, davamlı inkişaf üçün milli iqtisadiyyatların canlandırılması, insan kapitalının dəstəklənməsi kimi aktual məsələlər müzakirə edilib.
Müdirlərin Dəyirmi Masasında çıxış edən iqtisadiyyat nazirinin birinci müavini işğaldan azad edilmiş ərazilərinimizin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, bu sahədə beynəlxalq tərəfdaşların iştirakının, eləcə də qlobal enerji və qida təhlükəsizliyi sahəsində mövcud və potensial problemlərin həlli istiqamətində ölkələrin həmrəyliyinin önəmini qeyd edib.
Toplantı çərçivəsində həmçinin, İslam İnkişaf Bankı Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (İTFC) rəhbəri Hani Salem Sonbol ilə də görüş keçirilib. Tərəflər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı istiqamətində İTFC ilə əməkdaşlıq, eləcə də Azərbaycanın ixrac potensialının gücləndirilməsində Korporasiyanın rolu müzakirə edilib, bu istiqamətdə həyata keçiriləcək növbəti birgə addımlar barədə razılığa gəlinib.
Müdirlər Şurasının 47-ci İllik Toplantısı çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib, müzakirələr aparıb.
E. Əliyevin İsDB-in vitse-prezidenti Mənsur Muxtarla görüşündə banka ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarlıq edilib, Bankla əməkdaşlığın yüksək qiymətləndirildiyi vurğulanıb. Görüşdə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında əməkdaşlıq, KOB-ların dəstəklənməsi, bankların maliyyələşdirilməsi, enerji və qida təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əl-Xəlifə ilə görüşdə Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verilib və qarşıya qoyulmuş hədəflər çərçivəsində ölkəmizin beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqda maraqlı olduğu bildirilib, prioritet sahələrin inkişafı istiqamətində əlaqələrin genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Qeyd edə ki, Azərbaycan 1992-ci ildən İsDB ilə əməkdaşlıq edir. İsDB-in kapitalında ölkənin payı 0,1 %-dir.
Azərbaycanda bank üzrə ölkə rəhbəri iqtisadiyyat naziri Mikayıl Cabbarov, alternativ rəhbər isə maliyyə naziri Samir Şərifovdur.
Azərbaycan həmçinin İsDB Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının üzvüdür.
İsDB tərəfindən Azərbaycanda ümumilikdə 1,2 milyard ABŞ dollarından çox 40-dan artıq layihə həyata keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

