Ukraynaya Aİ yolu göründü
24.06.2022 [10:35]
Rəsmi Kiyev İttifaqa üzv ola biləcəkmi?
Nicat PAŞA
Köhnə qitənin siyasi paytaxtı Brüsseldə Aİ liderlərinin ikigünlük sammiti öz işinə başlayıb. 23-24 iyun tarixlərində reallaşan sammitdə ən prioritet məsələlərdən biri də Ukraynanın Aİ-yə üzvlüyə namizədlik statusunun verilməsidir. Başqa sözlə, sammitin əsas müzakirə mövzusu Ukrayna, Moldova və Gürcüstanın üzvlük müraciətləridir. Ukrayna üçün yeni statusunu itirməmək və prosedurun növbəti mərhələsinə keçmək üçün yerinə yetirməli olduğu yeddi tələb irəli sürülüb.
Qeyd edək ki, rəsmi Kiyev Aİ-yə üzvlük üçün hələ bir neçə ay bundan öncə - fevralın 28-də müraciət etmişdi. İyunun 17-də isə Avropa Komissiyası məsələ ilə bağlı öz rəyini dərc edib və orada Ukraynanın Avropa perspektivinin tanınmasını, ona birliyə üzv olmaq üçün namizəd statusunun verilməsini tövsiyə edib. Aİ namizədlərlə rəsmi danışıqların Avropa Komissiyasının üzvlük müraciətləri ilə bağlı rəylərində göstərilən şərtlərin yerinə yetirilməsindən sonra başlanacağını bildirib.
Bununla bağlı Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina deyib ki, ölkəsi Aİ üzvlüyünə namizədlik statusunu əldə etmək üçün Avropa Komissiyasının tövsiyələrini bu ilin sonuna kimi yerinə yetirməyi planlaşdırır. Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə Avropa dövlətlərinin liderlərini Ukraynaya namizəd ölkə statusunun verilməsi haqqında gözlənilən qərarla bağlı tarixi məsuliyyəti öz üzərlərinə götürməyə çağırıb. Onun sözlərinə görə, Ukrayna, Moldova və Gürcüstanın nə qədər irəli gedəcəyi və hansı sürətlə irəliləyəcəyi, ilk növbədə, onların hərəkətlərindən və tərəqqisindən asılı olacaq. “Amma onların istək və tərəqqisinə necə cavab verəcəyimiz yalnız və yalnız bizim seçimimizdir. Bu haqda yüksək səslə və aydın şəkildə danışılıb. İndi qərar qəbul edilməli və tarixi məsuliyyət yerinə yetirilməlidir”, - Avropa Komissiyasının sədri bildirib.
Digər maraqlı məqam Gürcüstanla bağlıdır. Belə ki, parlamentin “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini yalan danışmaqda ittiham edib. Buna səbəb isə guya Tbilisiyə Aİ üzvlüyünə namizəd statusunun verməsinin qarşısının Araxamiyanın aldığını iddia etməsidir: “Bu yaxınlarda AŞPA-nın iclasında çıxış edən Qaribaşvili bildirib ki, guya mən Avropa və ABŞ-a səfər edərək Gürcüstanın Aİ üzvlüyünə namizədliyinin qeydə alınmasına mane olmuşam. Birincisi, Araxamiya Avropada deyildi. İkincisi, o, ABŞ-da konkret olaraq İvanişvilinin Rusiya planı əsasında ortaya çıxan oliqarx olması ilə bağlı konsepsiyasını əsaslandırmaqla məşğul olub”.
Araxamiya əlavə edib ki, Ukrayna hakimiyyəti “Gürcüstana Avropa Birliyinə üzv olmaq üçün maksimum kömək edəcək”.
Avropa Komissiyasının qərarına görə, Gürcüstanda demokratiyanın durumu Kopenhagen kriteriyalarına cavab vermir və Gürcüstan dövləti bu statusu əldə etmək üçün dəyişikliklər həyata keçirməlidir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

