Təhsil tariximizin şərəfli səhifəsi
01.07.2022 [10:39]
İrəvan Müəllimlər Seminariyası
Yeganə BAYRAMOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “İrəvan Müəllimlər Seminariyası” adlı kitabı çapdan çıxıb.
“Elm və təhsil” nəşriyyatında çap olunmuş 272 səhifəlik kitabda pedaqoji fikir tariximizdə mühüm yer tutan İrəvan Müəllimlər Seminariyasının yaradılmasından və fəaliyyətindən bəhs edilir.
Kitabda Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” 29 dekabr 2021-ci il tarixli Sərəncamı əks olunub.
Müəllif erməni şovinizmi əhatəsində anadilli məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində böyük fədakarlıq göstərmiş, adları təhsil tariximizə qızıl hərflərlə yazılmış ziyalıların fəaliyyətinə geniş yer verib. Kitabda İrəvan Müəllimlər Seminariyası və onun xələfi olan İrəvan Türk Pedaqoji Məktəbinin fəaliyyəti, inkişaf yolu, üzləşdiyi problemlər kompleks şəkildə araşdırılıb, görkəmli məzunlarının elm, təhsil, mədəniyyət, dövlət quruculuğu sahələrindəki fəaliyyətləri barədə məlumat verilib.
Kitabda İrəvanda azərbaycanlıların ictimai-siyasi və mənəvi durumu, müxtəlif sahələri əhatə edən fəaliyyətləri barədə də mühüm məqamlara toxunub. Məlumdur ki, İrəvan Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və ədəbi irsə malik olan mərkəzlərindən biridir. Burada tariximizin müxtəlif dövrlərini özündə əks etdirən abidələr, qədim qala divarları, şərq-müsəlman memarlıq üslubunda tikilmiş binalar, məscidlər, mədəniyyət mərkəzləri, toponimlər azərbaycanlıların hələ lap qədim dövrlərdən bu yerlərin aparıcı etnosu olduğunu bir daha təsdiq edir.
1881-ci il noyabrın 8-də fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında elmi-mədəni həyatın canlılığının qorunub-saxlanmasında müstəsna rola malik olub. Görkəmli maarifpərvər Firudun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olub, geniş mədəni - maarif işləri aparıb. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları da var. Həbib bəy Səlimov, Əkbər ağa Şeyxülislamov, Rəşid bəy İsmayılov, Mirzə Cabbar Məmmədzadə, İbadullah bəy Muğanlinski, Fərəməz bəy Mahmudbəyov, Haşım bəy Vəzirov, İbrahim Səfi, Həsən bəy Qazıyev, Tağı bəy Səfiyev və bir çox digər ziyalılar İrəvan Müəllimlər Seminariyasında təhsil alıblar.
Kitab təhsil tariximizin öyrənilməsi, İrəvanın tariximizdə hansı mühüm rola malik olduğunun gənc nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

