/ / İlham Əliyev: Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik, əməkdaşlıq və ümumi rifah məkanı olmalıdır
İlham Əliyev: Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik, əməkdaşlıq və ümumi rifah məkanı olmalıdır
01.07.2022 [15:25]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 119-cu kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin yeni kitabındakı materiallar 2022-ci ilin aprel-may aylarını əhatə edir.
O dövrün mühüm hadisələrindən biri ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi olub. Həmin konfransda İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornelin sualını cavablandıran Prezident İlham Əliyev deyib: “Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır. Bu halda, Ermənistanın siyasəti heç bir məntiqə sığmır. Ola bilsin, onlara bir az vaxt lazımdır. Bəlkə də onlar öz fikirləri əsasında ola biləcək riskləri qiymətləndirməlidirlər. Lakin hesab edirəm ki, bu, qaçılmazdır. Biz hazırıq. Gürcü həmkarlarımız da hazırdır. Fikrimcə, bu, birinci addım ola bilərdi”.
Aprelin 28-də Şuşada işinə başlamış və Bakıda davam etmiş beynəlxalq konfransda dövlətimizin başçısının çıxışının mətni, suallara cavabları, həmçinin konfrans barədə materiallar yeni kitaba daxil edilib.
Kitabda Azərbaycan Prezidentinin işğaldan azad edilmiş bölgələrə səfərləri də əksini tapıb. Mayın 10-da Prezident İlham Əliyev Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı, həmin gün Şuşaya da gedib, məşhur tarzən, bəstəkar və sənətkar Sadıqcanın vaxtilə yaşadığı evdə, Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri, “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazi, Şuşa Real məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olub, “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimində çıxış edib. Bu səfərlərdən, habelə mayın 12-də Prezidentin Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışında iştirakından bəhs edən materiallar çoxcildliyin 119-cu kitabında toplanıb.
Azərbaycan Prezidentinin Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri, o cümlədən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanışlığı, “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirakı, Zəngilanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı zamanı kənd sakinləri ilə görüşü haqqında informasiyalarla, həmin görüşdəki çıxışının mətni ilə də yeni kitabda tanış olmaq mümkündür.
Nəşrə Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılışında iştirakına dair xəbərlər, iki qardaş ölkənin liderlərinin açılış mərasimində çıxışlarının mətni daxil edilib. Kitabda dövlətimizin başçısının Belçikaya işgüzar səfəri haqqında informasiyalar da verilib.
Kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü barədə məlumat, liderlərin mətbuata bəyanatlarının, Azərbaycan-Litva biznes-forumunda çıxışlarının mətnləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 119-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31

