40-a yaxın səyyah...
10.09.2022 [11:06]
Beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzurda
Günel ABBAS
Qarabağ və Şərqi Zəngəzur torpaqları işğaldan azad edilən gündən bu yerlərdə həm infrastruktur layihələri həyata keçirilir, həm də beynəlxalq səfərlər təşkil olunur. Bu səfərlərin əsas məqsədi torpaqlarımızda aparılan yenidənqurma işlərinin və vandalizm izlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmin səfərlərdən biri də sentyabrın 7-də baş tutub. Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin iştirakı ilə baş tutan səfər heyətinin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.
İşğaldan azad olunmuş ərazilərə səfər edən beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə yollanıblar. Onlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və təbiəti ilə tanış olublar. Şuşada səfərdə olan beynəlxalq səyahətçilər burada erməni vandalizmi nəticəsində dağıdılmış yerlərdə Azərbaycanın qısa zaman kəsiyində apardığı quruculuq işləri ilə tanış olublar. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki dağıntılarla təkbaşına mübarizəsi onları heyrətə gətirib.
Beynəlxalq səyahətçilərin 3 gün ərzində avtomobillərlə Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət etmələri nəzərdə tutulub. Səfər həm də işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.
Politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzura təşkil olunan səfər çox vacib bir addımdır: “Cari ilin “Şuşa İli” elan olunması ölkəmiz üçün böyük əhəmiyyət daşımaqdadır. Məhz buna görə bütün dünyanın diqqəti yenidən işğaldan azad edilmiş ərazilərdə görülən işlərə yönəlir. 2022-ci ilin “Şuşa İli” elan edilməsi 2 əsas amil ilə izah oluna bilər. Birincisi, bu, Böyük Qayıdış layihəsini sürətləndirdi. Bu da əhalinin öz dədə-baba yurdlarına geri dönmələrini daha da intensivləşdirəcək. Bununla yanaşı, ölkəmizin mədəniyyət paytaxtının rolu tezliklə dünyaya tanıdılmaqdadır. Şuşaya gələn müxtəlif ölkələrin nümayəndələri bu gözəl şəhərlə tanış olaraq Qarabağın nə üçün Azərbaycanın bir hissəsi olduğunu daha yaxşı anlayırlar. Dünya ictimaiyyəti dərk etməlidir ki, artıq bu “Qarabağ problemi” beynəlxalq prinsipləri əsas tutaraq həll olunub. Şuşa da Azərbaycanın şəhəri kimi yenidən qurulur və bərpa olunur. Ölkəmizin baş tacı Şuşa şəhəri beynəlxalq mərkəzə çevrilərək dünya mədəniyyətlərinin əməkdaşlıq və dialoq məkanına çevrilib və bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu baxımdan, Şuşada keçirilən bütün tədbirlər onun regiondakı yeni rolunu bir daha təsdiqləyir, möhkəmləndirir. Səyahətçilərin Şuşaya səfəri də bu yerlərin mədəni irsinin, zənginliyinin dünyaya çatdırılmasına hesablanıb. Şuşa Azərbaycanın mədəni irsi kimi yeni şəraitdə dirçəlir və bu prosesi müxtəlif ölkələrin nümayəndələrinin öz gözü ilə görməsi həm əhəmiyyətli, həm də aktual bir məsələdir”.
“Azərbaycan Turizm Assosiasiyası” (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanovun sözlərinə görə, ölkələrin tarixinə xüsusi marağı olanlar həmin ölkələrin keçdiyi iztirabları, fəlakətləri yaxından araşdırırlar: “Bu səbəbdən son illərdə artan tendensiyaya malik bir turizm növü inkişaf edib. “Black tourism” kimi tanınan bu turizm növünü bizim dildə “hüzn turizmi” də adlandırmaq mümkündür. Bu ifadənin dilimizdə “kədər” adlandırılmasının səbəbi bu turizm növündə ziyarət edilən yerlərin qəbiristanlıqlar, zindanlar, təbii fəlakət abidələri və ya həbs düşərgələri kimi ərazilər olmasıdır. Əvvəla, burada işlədilən “qaranlıq” sözü lüğətdəki qaranlıq, qaranlıq mənasına tam uyğun gəlmir. Bu kontekst tarixin müəyyən bir dövründə regiona səyahətinizin çətin anlarını simvollaşdırır. Ümumiyyətlə, deyə bilərik ki, qaranlıq turizm böyük sıxıntı, ziyan, kədər və ölümlə nəticələnən yerlərə səyahətdir”.
Ə.Qurbanov bildirib ki, ölkəmizdə və dünyada “hüzn turizmi”nin çox istiqamətləri var: “Dünyadan nümunələr gətirsək, Çernobıl, Osventsim konsentrasiya düşərgəsi, Pompey, Xirosima, Berlin divarı, Salem Cadugər Muzeyi, Tuol Slenq Soyqırımı Muzeyi, Macarıstan Terror Muzeyi göstərilə bilər”.
“Bu baxımdan, işğaldan azad edilmiş ərazilərə beynəlxalq səyahətçilərin səfəri çox əhəmiyyətlidir. Səyahətçilər xüsusilə Ağdam şəhərinin bütövlükdə dağıdılmasını görəndə vandalizmin əsl nümunəsi ilə qarşılaşdıqlarını anlayacaqlar. Şuşada güllələnmiş heykəllər də onların bu məsələləri dərk etməsi ilə nəticələnəcək. Təəssüf doğuran bir məqam olsa da, həmin ərazilərdə “black tourism” potensialı yüksəkdir və vandalizmi dünyaya çatdırmaq üçün bunu daha da inkişaf etdirmək mümkündür”, - deyə AzTA İB sədri fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

