Jurnalistlərin VIII qurultayından GÖZLƏNTİLƏR
15.09.2022 [11:14]
İlk növbədə, jurnalistlər və oxucular dəyişməlidir
Mətbuat Şurasının İdarə Heyətinin 2022-ci ilin 6 sentyabr tarixli iclasında Şuranın Nizamnamə tələblərinə uyğun olaraq Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi qərara alınıb. Qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Sentyabrın 24-də baş tutacaq qurultayda Mətbuat Şurasının rəhbərliyinin yenilənməsi də nəzərdə tutulur. O cümlədən qurultayda idarə heyətinin yeni tərkibi seçiləcək.
Xatırladaq ki, indiyədək Azərbaycan jurnalistlərinin 7 qurultayı keçirilib. Jurnalistlərinin sonuncu qurultayı 2018-ci ildə baş tutub.
Əvvəlcə jurnalistlərin mediaya münasibəti dəyişməlidir
Qurultayla bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay sentyabrın 24-də baş tutacaq qurultaydan heç bir gözləntisinin olmadığını söyləyib: “Düşünürəm ki, ilk növbədə, jurnalistlərin mediaya olan münasibəti dəyişməlidir. Eyni zamanda jurnalistlər iş üslublarında da müəyyən yeniliklər etməlidirlər. Bundan başqa, oxucuların da öz fikri olmalıdır. Bir sözlə, həm oxucular, həm də jurnalistlər nə istədiklərini bilməlidirlər. Jurnalist və oxucunun özü dəyişmirsə, qurultay nəyi dəyişəcək ki? Təbii ki, heç nəyi”.
Qurultay səmərəli keçəcək
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, Azərbaycan Mətbuat Şurası bu gün kifayət qədər nüfuzlu bir quruma çevrilib: “Şura həm cəmiyyətin, həm də jurnalistlərin diqqət mərkəzində olan bir qurum kimi fəaliyyətini qura bilib. Mətbuat Şurası jurnalistlərin peşəkarlığının artırılması yönündə çox uğurlu layihələrə imza atıb. Həmçinin redaksiyaların maddi-texniki bazasının yaxşılaşması istiqamətində xeyli işlər görüb. Beynəlxalq təşkilatlarla əlaqələrin formalaşması istiqamətində uğurlu iş aparıb.
Baş tutacaq hər bir qurultayda istənilən təşkilatın keçmiş olduğu fəaliyyət dövrünə nəzər yetirilir, görülən işlər qiymətləndirilir və gələcək planlarla bağlı müzakirələr aparılır. Təbii ki, Mətbuat Şurasının da ötən dövr ərzində gördüyü işlərin hesabatı aparılacaq və qurultayda təqdim ediləcək, həmçinin qarşıda duran hədəflər, məqsədlər və jurnalistikanın inkişafı ilə bağlı vəzifələr müzakirə ediləcək. Düşünürəm ki, digər məsələlər jurnalistlərin qurultayda qərarından asılı olacaq. Ümid edirəm ki, qərarlar obyektiv veriləcək və bu qərarlar da jurnalistikamızın inkişafında müstəsna əhəmiyyət kəsb edəcək. Ona görə də, obyektiv və səmərəli bir qurultaya şahid olacağımızı düşünürəm”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45

