BMT rəhbəri Azərbaycanla Ermənistan arasında atəşkəsin qorunacağına ümid edir
20.09.2022 [10:26]
19 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.
Bu barədə XİN xəbər verir.
Görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və regionda son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov bu il qeyd etdiyimiz BMT-yə üzvlüyümüzün 30 ili ərzində münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini, ölkəmizin BMT çərçivəsində bir sıra istiqamətlərdə, xüsusilə də sülh və təhlükəsizliyin dəstəklənməsi sahəsində genişmiqyaslı təşəbbüslər irəli sürdüyünü bildirib. Nazir Ceyhun Bayramov BMT Baş Assambleyasının sədrinin və digər yüksək səviyyəli rəhbər heyətin ölkəmizə son illərdə həyata keçirdikləri səfərlərin əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi və bu çərçivədə təşəbbüsləri qeyd olunub. Nazir daha sonra, Ermənistanın genişmiqyaslı təxribatları, sülh quruculuğu sahəsində ölkəmizin təşəbbüsləri barədə ətraflı məlumat verib. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb.
Baş katib Antonio Quterreş BMT ilə Azərbaycanın nümunəvi əməkdaşlıq münasibətlərinə malik olduğunu, bütün istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətli olduğunu qeyd edib.
Antonio Quterreş Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. O, Ermənistanla-Azərbaycan arasında yaranmış gərginliyin azaldılmasının və normallaşma prosesinin vacibliyini vurğulayıb.
Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

