Asiya İnkişaf Bankı hesabat yayıb
22.09.2022 [10:28]
Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiya proqnozunu artırıb, onun 11,5% olacağını proqnozlaşdırıb. Bu barədə Bankın “Asian Development Outlook” hesabatının sentyabr sayında bildirilir. Belə ki, ADB inflyasiya proqnozunu aprel göstəricisi ilə müqayisədə 4,5% bəndi artıraraq 11,5%-ə çatdırıb. Bu göstərici 2023-cü il üzrə isə 1,7% bəndi artırılaraq 7% müəyyən edilib.
Asiya İnkişaf Bankı (ADB) 2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım proqnozunu yaxşılaşdırıb. Məlumata görə, Bank aprel proqnozu ilə müqayisədə ÜDM-in artım proqnozunu 0,5 faiz bəndi artıraraq 4,2% müəyyən edib. 2023-cü il üzrə isə bu göstərici dəyişməyərək 2,8% saxlanılıb.
Azərbaycanda manatın məzənnəsinin sabit saxlanılması inflyasiyanın daha sürətlə artmasının qarşısını alıb. Bank bildirib ki, 2022-ci ilin birinci yarısında Azərbaycanda inflyasiya 2021-ci ilin eyni dövründəki 4,3%-dən illik 12,9%-ə yüksəlib. Qlobal ərzaq qiymətlərinin yüksək inflyasiyası da ərzaq qiymətlərini artırıb. 2021-ci ildə yanacaq və digər kommunal xidmətlər üçün tariflərin artırılması xidmət sektorunda da inflyasiyanı artırıb. Sabit məzənnə isə inflyasiyanın daha da sürətlə artmasının qarşısını alıb: “Azərbaycan Mərkəzi Bankı mart ayında faiz uçot dərəcəsini iki addımda 50 baza bəndi artıraraq 7,75%-ə yüksəldib və inflyasiya təzyiqinin azaldılması ilə bu göstəricini iyul ayına qədər saxlayıb”.
Sənəddə bildirilib ki, ilin birinci yarısında inflyasiyanın artmasını nəzərə alaraq Bank 2022-ci il üçün inflyasiya ilə bağlı proqnozunu artırıb. İdarə olunan kommunal qiymətlərin dəyişməz qalacağı gözlənildiyi üçün 2023-cü il üçün inflyasiya proqnozunu isə dəyişməz saxlayıb.
Qeyd edək ki, ADB 2022-ci ildə Azərbaycanda inflyasiyanın 11,5%, gələn il üçün 7% olacağını proqnozlaşdırıb.
Bu il Azərbaycanda cari əməliyyatlar hesabının (CƏH) profisiti ÜDM-in 26,2%-nə çatacaq. Bank cari əməliyyatlar hesabının ÜDM-də profisiti ilə bağlı 2023-ci il proqnozunu isə 16,9%-dən 21,2%-ə kimi artırıb. Sənəddə bildirilib ki, 2022-ci ilin birinci rübündə neftin qiymətinin daha da artması ilə ÜDM-in 22,4%-nə bərabər profisit əldə edilib. Daha yüksək neft qiymətləri 2022-ci ilin birinci rübündə ixracın 8,1% artması ilə ticarət profisitini 2021-ci ilin eyni dövründəki 3,1 milyard dollardan 5,4 milyard dollara yüksəldib.
“Neft qiymətlərinin yüksəlməsinin cari əməliyyatlar hesabının profisiti ilin qalan hissəsində yüksək səviyyədə saxlayacağı gözlənilir. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2022-ci ilin birinci rübündə 0,5 faiz artaraq 45,3 milyard ABŞ dollarına çatıb ki, bu da ÜDM-in 83 faizinə bərabərdir. Bu inkişafla əlaqədar olaraq, ADB 2022 və 2023-cü illərdə cari əməliyyatlar hesabının profisitinin artacağını proqnozlaşdırır”, - deyə hesabatda qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

