AZAL və törəməsi Mərkəzi Asiya və MDB-də ən yaxşı aviaşirkət olub
23.09.2022 [16:08]
“Skytrax 2022 World Airline Awards” təşkilatı "Azərbaycan Hava Yolları" QSC-ni (AZAL) "Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı regional aviaşirkəti”, onun aşağı büdcəli törəməsi “Buta Airways”i isə “Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı aşağıbüdcəli aviaşirkəti" mükafatına layiq görüb.
Bu barədə AZAL xəbər verir.
Məlumata görə, mükafatlandırma bu gün Böyük Britaniyanın paytaxtı Londonda baş tutub.
Azərbaycanın milli aviadaşıyıcısı xidmət, qonaqpərvərlik və uçuşların təhlükəsizliyi sahəsində yüksək səviyyəli xidmətin göstərilməsi üzrə növbəti dəfə öz lider statusunu təsdiq edib, “Buta Airways” isə ilk dəfə “Skytrax”ın nominasiyasında qalib olub.
AZALı həmçinin “Skytrax” "4 ulduz" reytinqinə layiq görüb. Bu status aviaşirkətin havada və yerdə təklif etdiyi xidmətlərin keyfiyyətini yoxlayan müstəqil auditin nəticələrinə əsasən formalaşır.
“Aviaşirkətlərin göstərdiyi xidmətlərin yoxlanılması sahəsində nüfuzlu təşkilat olan “Skytrax” bir daha bizim fəaliyyətimizi yüksək qiymətləndirib. AZAL-ın bütün nailiyyətləri və uğurları Prezident İlham Əliyevin qayğısı və dəstəyi sayəsində mümkün olub. Bu nominasiyalarda qələbə bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan aviaşirkətlərinin göstərdiyi xidmətin etibarlılığının və yüksək keyfiyyətinin təminatı, həmçinin beynəlxalq aləmdə qəbul olunmasının sübutudur. AZAL daim brendin təkmilləşdirilməsi üzərində çalışır və hər zaman öz sərnişinlərinə qarşı diqqətli olur", - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
“Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı regional aviaşirkəti” mükafatına 11-ci dəfə layiq görülmək AZAL-ın fantastik nailiyyətidir. Son 18 ayın çağırışlarına baxmayaraq, sərnişinlərin dəstəyi aviaşirkətin rəhbərliyi və bütün kollektivi üçün qiymətlidir", - “Skytrax”ın icraçı direktoru Edvard Playsted bildirib.
Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” şirkətinin ən yüksək reytinqinin - “5 Ulduz” mükafatının sahibidir. O, həmçinin “Skytrax World Airport Awards versiyasına görə dəfələrlə Mərkəzi Asiya və MDB ölkələri üzrə ən yaxşı hava limanı reytinqinə başçılıq edib.
“Skytrax” müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşmış nüfuzlu Britaniya şirkətidir. Şirkət aviadaşıyıcıların və hava limanlarının xidmətinin keyfiyyətini qiymətləndirmək məqsədilə hər il sərnişinlər arasında müxtəlif sorğular keçirir.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

