Yəhudilərin müqəddəs bayramı: Roş ha-Şana Almanı balla yemək ənənəsi...
24.09.2022 [10:57]
Yeganə BAYRAMOVA
Yəhudi xalqının ənənəvi bayramlarından olan Roş ha-Şana İbrani təqviminə görə sentyabr- oktyabr aylarına təsadüf edir. Bu aylardan etibarən yeni yəhudi ilində günlərin geri sayılması başlayır. Roş ha-Şana ən əhəmiyyətli yəhudi bayramlarından biridir.
“Həyat kitabında” yazılan arzularla salamlaşma...
Roş ha-Şana bayramının xarakterik xüsusiyyəti sinaqoqda ibadət zamanı şofar çalınmasıdır. Bunun mənası Qiyamət günü veriləcək İlahi hökmə hay vermək və tövbəyə çağırış kimi şərh olunur. Yəhudi ənənəsinə görə, Qiyamət günündə göylərdə kimin yaşamasına, kimin ölməsinə qərar verilir. Həmin günlər icra olunan dini ibadətlər və edilən dualar Yaradanın qərarlarına təsir etməlidir. Bu bayramdakı dini ayinlərdə özünütəhlil və tövbə motivləri üstünlük təşkil edir. Bununla belə, Tanrının hamıya yaxşılıq və rifah arzuladığına olan səmimi inam həmin günləri bayrama çevirir.
Bu günlərdə mömin insan ötənilki sözlərinə, fikirlərinə və əməllərinə görə özünə və Yaradana hesabat verir. Qüsurlarını və xətalarını necə düzəltmək, Tanrıya necə dönmək, yaxınlaşmaq naminə qərarlar qəbul edir. Həmin gündən etibarən dua və tövbələrin “Həyəcan günləri”, yaxud “On tövbə günü” adlanan on günü başlanır və Yom-Kippur ilə başa çatır. Roş ha-Şananın ilk axşamı insanlar adətən bir-birini “Həyat kitabında” yazılmış arzularla salamlayırlar. Bayram süfrəsi zamanı çörəyi bala batırıb dua edə-edə yeyirlər ki, yeni il şirin olsun. Roş ha-Şanada almanı balla yemək ənənəsi də mövcuddur.
Bütün yəhudi bayramlarında olduğu kimi, bu bayram da ibadətlə müşayiət olunur. Roş ha-Şanada oxunan dualar Tanrını hökm sahibi kimi xatırladan on yəhudi dini mətnindən ibarət olmalıdır; daha on mətn Tanrını hər şeyi bilən kimi yada salmalıdır. Şofar çalınmasıyla müşayiət olunan on mətn də Roş ha-Şananın mövcud bayram atributlarındandır. Onları səhər ibadəti zamanı ifa edirlər.
Roş-ha Şana Azərbaycanda
Yəhudi dilindən tərcümədə “Yeni il” adlanan bu bayram Azərbaycanda da qeyd olunur. Ölkəmizdə əsasən Quba rayonunun Qırmızı Qəsəbə massivində yaşayan dağ yəhudiləri bu bayramı ənənəyə uyğun qarşılayırlar. Dağ yəhudiləri bayramın ilk günü sinaqoqa gedir, mənəvi cəhətdən arınmaq, saflıq qazanmaq üçün və yeni ilin uğurlu olması arzusu ilə səhər və axşam saatlarında bayram ibadəti edirlər. Qırmızı Qəsəbədə yeni ilin gəlişi ilə bağlı icra olunan dini ayinlər qoç buynuzundan hazırlanan şeypurun çalınmasıyla yekunlaşır. Günahlara həmişəlik tövbə etmək mənasını ifadə edən sonuncu ayin Yom-Kippur adlanır. Bayramın 10-cu günündə keçirilən bu ayin bir sutka ac qalmaqla icra olunur. Daha sonra bayram şənlikləri başlayır. Kişilərin adına qurban kəsilir, şirniyyat süfrələri açılır. Azərbaycan yəhudiləri də yeni ilin şirin olması üçün almanı bala batırıb yeyirlər. Novruz bayramında olduğu kimi, bu bayram ərəfəsində də evlərdə təmizlik işləri görülür, hər yerdə səliqə-sahman yaradılır.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını yeni il bayramı - Roş ha-Şana münasibətilə təbrik edib. Təbrikdə Azərbaycanda məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudi icmasının yüz illərdir sülh və əmin-amanlıq şəraitində yaşayaraq özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini qoruyub saxladığı, tarixin heç bir dönəmində antisemitizm və ayrı-seçkiliklə üzləşmədiyi vurğulanır. Qeyd olunur ki, əsrlər boyu ölkəmizdə mövcud olan multikultural dəyərlərin, dözümlülük prinsiplərinin və mədəni özünüifadə müxtəlifliyinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
Təbrikdə deyilir: “Təqdirəlayiq haldır ki, yəhudi əsilli həmvətənlərimiz cəmiyyətimizin ayrılmaz hissəsi olaraq, digər xalqların və etiqadların nümayəndələri ilə birlikdə respublikamızda gedən böyük quruculuq işlərində yaxından iştirak edir, müasir Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirirlər”.
Roş ha-Şananın yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirdiyini vurğulayan dövlət başçısı Azərbaycanın yəhudi icmasına ən səmimi arzularını bildirib: “Qoy, bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin!”.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43

