Prezidentin Sərəncamı ilə...
27.09.2022 [10:05]
Əsası Ulu Öndər tərəfindən qoyulan “Cavid irsinə qayıdış” davam etdirilir
Hüseyn Cavidin 140 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək
Günel ABBAS
Hüseyn Cavidin yaradıcılığı və fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri var. Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək, doğulduğu Naxçıvan torpağında dəfn edilməsi ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisəyə çevrilmişdi.
Ulu öndər Heydər Əliyev tərəfindən ədibin irsinə verilən yüksək dəyər Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Ədibin yaradıcılığının təbliğinə xüsusi diqqət ayıran ölkə başçısı 2007-ci ildə Hüseyn Cavidin 125 illiyinin, 2012-ci ildə 130 illiyinin, 2017-ci ildə isə 135 illiyinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Sentyabrın 24-də Prezident İlham Əliyev tərəfindən görkəmli alimin 140 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair imzalanan növbəti Sərəncam Hüseyn Cavid irsinə rəğbətin daha bir göstəricisidir.
Sərəncamda da qeyd edildiyi kimi, Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olub. Hüseyn Cavid mütəfəkkir yazar kimi Azərbaycan ədəbiyyatında milli məfkurə təbliğatçısıdır. O, dərin məzmunlu yaradıcılığı ilə çoxşaxəli ideyaların çatdırılmasına, ədəbiyyatımıza qazandırdığı janr müxtəlifliyinə görə də unudulmaz sənətkardır. Hüseyn Cavid yaradıcılığının əsasında ədibin özünün də dediyi kimi, həqiqət və məhəbbətin axtarışı, onun dərki məsələləri dayanır. Bu ali düşüncələrin axtarışında olmaq sənətkardan sonrakı minillikləri fikirləşən ideoloji və siyasi düşüncə tələb edirdi. Şübhəsiz, milli məfkurənin təbliği Cavidi sonrakı min illərin də daim oxunan müəlliflərdən biri edəcək.
Prezidentin Sərəncamında Hüseyn Cavidin sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə, mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qoruması da qeyd olunub. Cavid repressiya dövrünün yeganə yazarlarındandır ki, yaradıcılığının ali ideyası ilə şəxsiyyətinin bütövlüyü üst-üstə düşür. Xarakter, mərdlik, ən çətin anda belə mənəvi müvazinəti qoruyub-saxlamaq keyfiyyəti Cavidi min illər sonra da sevdirəcək. Cavidin ədəbiyyata gətirdiyi mövzular daim müasir qalacaq.
Sərəncamda vurğulanan daha bir vacib məqam ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılmasıdır. Bu addım adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir.
1982-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin məzarının tapılması, nəşinin Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edilib. Nəhayət, uzun və ağır bir mərhələdən sonra 1982-ci il oktyabrın 26-da Cavidin nəşi Naxçıvana gətirilərək burada dəfn olunub. Proses yekunlaşandan sonra da Ulu Öndər ədibin məzarını diqqətdən kənarda saxlamır, daim nəzarət edib. 1990-cı ildə Naxçıvana qayıdan Ümummilli Liderimiz, ilk növbədə, Cavidin məzarı üstə gedəndə gördüklərindən heyrətə gəlib. Burada qarşılaşdığı baxımsızlığı müşavirədəki nitqində dilə gətirib: “Fikirləşirdim ki, məqbərə yoxdursa da, heç olmasa, sənətkarın qəbrinin üstü götürülüb. Ancaq gedib oradakı vəziyyəti gördüm, təəssüfləndim, çox narahat oldum”.
Müşavirədəki nitqini üç böyük işin həyata keçirilməsi istiqamətində quran Ümummilli Liderimiz bu işlərin hamısının müstəsna əhəmiyyətli olduğunu qeyd edib, Cavid məqbərəsinin, ev muzeyinin və abidəsinin açılışını bir nömrəli vəzifə kimi əlaqədar təşkilatların üzərinə qoyub.
Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə 1996-cı ildə H.Cavidin məzarı üzərində möhtəşəm abidə ucaldılıb. Həmin il oktyabrın 29-da böyük ədibə ehtiram əlaməti olaraq ucaldılan məqbərənin açılışında Ulu Öndər şəxsən iştirak etmişdi. Heydər Əliyev məqbərəyə yüksək qiymət verərək fikrini belə ifadə etmişdi: “H.Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli-mənəvi abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır... Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq. Mən sizin hamınızı bu bayram münasibətilə bir daha təbrik edirəm.”
Cavidin nəşinin Vətənə qaytarılması nə qədər qürurlu olsa da, bir o qədər çətin idi. Ulu Öndər Cavidin nəşinin sovet hakimiyyəti illərində öz vətəninə gətirilməsinin çətinliyindən və tarixi-mənəvi əhəmiyyətindən danışaraq bildirirdi ki: “...1982-ci ildə Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, mənəviyyatımıza olan sədaqət mənə belə bir cəsarət göstərməyə imkan verdi. Mən bunu etdim. O vaxt Hüseyn Cavidin cənazəsini Azərbaycana gətirərkən, onu Bakıda, yaxud doğulduğu yerdə torpağa vermək barədə müxtəlif fikirlər var idi. Bu məsələ müzakirə olundu. Yazıçılarımız, alimlərimiz, ziyalılarımız böyük fikir mübadiləsi apardılar. Onlar qərar qəbul etdilər. Bu, mənim də qərarım idi ki, Hüseyn Cavidin cənazəsi Naxçıvana gətirilsin... Mən bu işi edərkən ziyalılarımıza, alimlərimizə, yazıçılarımıza bildirdim ki, Hüseyn Cavidin cənazəsi adi qəbiristanda yox, Naxçıvan şəhərinin mərkəzində, onun doğulduğu evin yanında, görkəmli bir yerdə torpağa veriləcək. O məqsədlə ki, bu, adi bir qəbir olmayacaq. Qəbrin üzərində məqbərə tikiləcək və bu, böyük abidəyə, ibadətgaha çevriləcək...”
Ulu Öndərin təşəbbüsü ilə Cavid irsinə ehtiramı nümayiş etdirən abidələrdən biri də Hüseyn Cavidin Ev Muzeyidir. Muzeyin üzərində uzun illər iş getməsinə baxmayaraq, Cavid məqbərəsindən sonra dahi şairin anadan olmasının ildönümündə, daha doğrusu, 120 illik yubileyində açılışı baş tutub.
Həqiqətdir ki, dahi Hüseyn Cavidi Azərbaycan xalqına yenidən qaytaran, onun ədəbi-bədii irsinin araşdırılması, çapı, haqqında tarixi sərəncamlar imzalayan ulu öndər Heydər Əliyev olub. Hüseyn Cavidin 100 illiyinin qeyd olunması haqqında verilən qərar, onun qəbrinin uzaq Sibirdən tapılıb vətənə köçürülməsi, əslində, repressiyaya məruz qalmış türkçülüyün xilası yönündə atılmış addım idi. Sonralar Heydər Əliyev 2002-ci ildə Hüseyn Cavidin 120 illiyi münasibətilə sərəncam imzaladı. Ulu Öndər deyirdi ki, Cavidi Şekspirlə müqayisə edirlər, amma mənə qalsa, onu Höte ilə müqayisə edərdim. Heydər Əliyev “Dünya romantizm poeziyası ilə qırılmaz tellərlə bağlı olan Hüseyn Cavid yaradıcılığı öz bədii-estetik qaynağını Azərbaycan mədəniyyətinin dərin qatlarından alır” - deyirdi.
Böyük ədibin qızı Turan Cavid Heydər Əliyevin bu sahədəki fəaliyyətinə yüksək qiymət verərək yazırdı: “Atama əsl bəraəti Heydər Əliyev verdi”. Heç şübhəsiz, Hüseyn Cavidin Azərbaycan ədəbiyyatı tarixində yeni yüksəlişi məhz Ulu Öndərin ehtiramlı münasibətindən sonra başladı. Hüseyn Cavid irsinə qayıdış Ulu Öndərdən başlayaraq dövlət səviyyəsində bu gün də yüksək şəkildə davam edir. Çünki Hüseyn Cavidə qayıdış bizim bir millət kimi zənginləşməyimiz üçün çox gərəklidir.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

