Media Reyestrində...
28.09.2022 [10:07]
Kimlər təmsil olunacaq?
N.PAŞA
Prezident İlham Əliyev “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiqlənməsi ilə bağlı Fərman imzalayıb. Bu Fərmandan irəli gələn məsələləri həll etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb. Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi təmin etməlidir.
Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək, eyni zamanda, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək Medianın İnkişafı Agentliyinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə həvalə olunub.
Media Reyestrinə daxil edilmək üçün jurnalistlərdən nə tələb olunur? Hansı qəzetlərdə çalışan jurnalistlər Reyestrə düşə bilməyəcək? Media subyektləri və jurnalistlər hansı hallarda Media Reyestrindən çıxarılacaq?
Ali təhsilli olmayan jurnalistlər...
Ali təhsili olmayan jurnalistlər Media Reyestrinə daxil edilməyəcək. Bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb. Qaydaya əsasən, ali təhsili olmadıqda Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən imtina ediləcək.
Mülki müqavilə ilə işləyən jurnalistlər bu hallarda daxil edilməyəcək
Qaydalarda həm də müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistlərin hansı hallarda Media Reyestrinə daxil edilməyəcəyi məlum olub. Belə ki, fərdi sahibkar kimi vergi uçotuna alınmadan fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə çalışan insanların Reyestrə daxil edilməsindən imtina olunacaq.
Qəzetlərdə çalışan jurnalistlər isə...
Dövlət başçımızın Fərmanı ilə təsdiqlənən “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapan digər bir məsələ işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə ilə bağlı jurnalistin Media Reyestrinə daxil edilib-edilməyəcəyinin müəyyənləşdirilməsidir. Jurnalistin işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə “Media haqqında” qanunda nəzərdə tutulmuş müddətdən artıq olduqda jurnalistlərin Reyestrə daxil edilməsindən imtina olunacaq.
Qanuna əsasən, bu müddət aşağıdakı kimidir:
- 1 (bir) il ərzində 12 (on iki) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan gündəlik qəzetlər;
- 1 (bir) il ərzində 9 (doqquz) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan günaşırı qəzetlər;
- 1 (bir) il ərzində 6 (altı) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan həftəlik qəzetlər;
Qeyd edək ki, yuxarıda qeyd olunan qəzetlər davamlı yayımlanan nəşr hesab olunur.
Media subyektləri və jurnalistlər Media Reyestrindən hansı hallarda çıxarıla bilər?
Qaydalara əsasən, Reyestrə daxil edilmiş media subyektləri aşağıdakı hallarda Reyestrdən çıxarılırlar:
- media subyektinin ərizəsi olduqda;
- hüquqi şəxs olan media subyekti ləğv edildikdə;
- məhkəmənin qərarı ilə media subyektinin fəaliyyətinə xitam verildikdə;
- fiziki şəxs olan media subyekti öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
- Qanunun tələblərinə cavab vermədiyi aşkar edildikdə;
- çap mediası subyekti tərəfindən Qanunun 59.7-ci maddəsinin, onlayn media subyekti (redaksiyaları) tərəfindən isə Qanunun 60.5-ci maddəsinin tələbləri pozulduqda;
- Reyestrə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü müddətində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə Agentliyə təqdim edilmədikdə;
- audiovizual media subyektinin lisenziyası ləğv edildikdə.
Qanunun uyğun olaraq təqdim olunmuş məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Reyestrdən çıxarılır.
Reyestrə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Reyestrdən çıxarılırlar:
- jurnalistin ərizəsi olduqda;
- Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər tələblərə cavab vermədiyi aşkar edildikdə;
- ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;
- öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
- yayımladığı informasiyanın Qanunun 14-cü maddəsinin tələblərinə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə;
- işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti Reyestrdən çıxarıldıqda;
- fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.
- Bu Qaydalarda qeyd edilən hallarda Agentlik tərəfindən media subyektlərinin və jurnalistlərin Reyestrdən çıxarılması barədə əsaslandırılmış qərar qəbul olunur və bu barədə onun veb-saytında məlumat yerləşdirilir.
Xatırladaq ki, 2021-ci il 30 dekabr tarixində Milli Məclisdə qəbul olunan “Media haqqında” Azərbaycan Respublikasının Qanunu cari il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

