/ / Türkiyəli general: Ermənistan Azərbaycanla anlaşmadan Türkiyə ilə münasibətlərində uğur qazana bilməz
Türkiyəli general: Ermənistan Azərbaycanla anlaşmadan Türkiyə ilə münasibətlərində uğur qazana bilməz
29.09.2022 [10:04]
“27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycana etdiyi növbəti hərbi təcavüzə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Vətən uğrunda mücadiləyə başlayıb. Azərbaycanın qələbəsilə başa çatan 44 günlük savaşda və sonrakı mərhələlərdə Qarabağ uğrunda həlak olan bütün şəhidlərimiz Azərbaycan və Türkiyə var olduqca dərin ehtiramla anılacaq”.
Bu fikirləri Türkiyənın Strateji Düşüncə İnstitutunun rəhbəri, ehtiyatda olan general Güray Alpar 27 sentyabr-Anım Günü ilə əlaqədar “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib.
Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın Qarabağ bölgəsini 30 ilədək işğal altında saxladığını xatırladan Güray Alpar bu müddətdə bölgədə problemin həlli üçün yaradılmış beynəlxalq təşkilatların danışıqlarının nəticəsiz qaldığını vurğulayıb və Azərbaycanın xalq-ordu-Ali Baş Komandan birliyi nəticəsində mübarizəsinin zəfərlə başa çatdığını deyib.
General bu il sentyabrın 12-dən 13-nə keçən gecə və sonrakı günlərdə Ermənistanın təxribatı ilə bağlı bildirib ki, Ermənistan məğlubiyyətini qəbul edib, bölgədə sülhün bərpasına dəstək verməyincə daha çox itkilərə məruz qalacaq: “Ermənistan bölgədə sülhün bərpası ilə bağlı müqaviləyə razılıq verməsinə rəğmən təcavüzkar hərəkətlərini davam etdirir, savaş meydanında heç bir uğur qazanmayacağının fərqində olub, ona dəstək verəcək Rusiyaya üz tutdu, Kollektiv Təhlükəsizlik Şurasına üzv dövlətlərdən dəstək gözlədi, istədiyi nəticə alınmayınca, Amerika və Fransaya müraciət etdi. Bu ölkələr də Qarabağın işğalından üzübəri hər hansı fəaliyyətdə olmayan, bölgədə problemin bitməsini istəməyən və bundan faydalanan ölkələrdir. Ermənistan unutmamalıdır ki, bu coğrafiyada aqressiv və qisasçı mövqeyi ilə xüsusilə iqtisadi baxımdan böyük imkanlarını itirir və əhalisi də azalmaqdadır. İllərlə insanların rifahı üçün istifadə edə biləcəyi resursları silahlanmaya xərcləsə də, onların hamısını 44 gündə əlindən verməyə məcbur oldu. Ermənistan anlamalıdır ki, şərtlər əvvəlki kimi deyil, Azərbaycan ordusu çox güclüdür . Və dünya ictimaiyyəti də artıq şahiddir ki, Ermənistan regionda sülhü istəmir. Ermənistan üçün yeganə yol Azərbaycanla sülh istiqamətində razılaşmaqdır”.
Türkiyənin ilk gündən Azərbaycanın haqlı tələblərini dəstəklədiyini vurğulayan Güray Alpar ölkəsinin haqqın, ədalətin tərəfində olduğunu deyib: “Bundan başqa, Türkiyə Ermənistanla olan əlaqələri Azərbaycanla koordinasiya etdiyini də ən üst səviyyədə bəyan edib. Bu səbəbdən Ermənistan da Azərbaycanla münasibətlərində heç bir irəliləyiş əldə etmədən Türkiyə ilə münasibətlərində uğur qazana bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

