ABŞ-dan İrana xəbərdarlıq: “Biz tərəfdaşlarımızı dəstəkləməyə davam edəcəyik”
12.11.2022 [11:15]
N.BAYRAMLI
Son zamanlar İranın Azərbaycana qarşı sərgilədiyi münasibət mehriban qonşuluq prinsiplərinə uyğun gəlmir. Bundan başqa, rəsmi Tehranın Ermənistana dəstək nümayiş etdirməsi, Zəngəzur dəhlizinin reallaşmasına əngəl törədən Paşinyan hakimiyyətinə açıq şəkildə haqq qazandırması cəmiyyətimiz tərəfindən kəskin etirazla qarşılanır. İranın rəsmi şəxsləri tərəfindən ölkəmizə qarşı təhdidlərin səslənməsi də davam edir. Bu günlərdə Azərbaycanın İrandakı səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılması da narahatlıq doğuran məqamlar sırasındadır. Bütün bunların fonunda beynəlxalq tərəfdaşlarımızın problemə yanaşması necədir? Artıq ABŞ bu məsələyə öz mövqeyini bildirib. Belə ki, jurnalistin “İrandan Azərbaycana qarşı artan kəskin ritorikaya ABŞ-ın mövqeyi necə olacaq?” sualına ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə belə cavab verib: “İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə, İranın öz regionunda və bəlkə də, ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı müqavimət göstərməyə davam edəcəyik”.
ABŞ-ın bu mövqeyini qəzetimizə şərh edən politoloq Şəbnəm Həsənova deyib ki, Birləşmiş Ştatlar İranda baş verən hadisələrə insan hüquq və azadlıqları prizmasından yanaşır. İran öz-özünü daxildən nə qədər məhv edirsə, atdığı addımlar da onu elə daxildən parçalanmağa gətirib çıxarır. Onun sözlərinə görə, ABŞ-ın İrəvan-Bakı danışıqlarının inkişaf tempini artırmağa çalışdığı bir vaxtda, Rusiyanın öncə sülhməramlı kontingentini bölgədə mövcudluğunu artırmaq, əbədi etmək cəhdləri fonunda Rusiyanın ölkəmizə qarşı təzyiqinə İran da qoşulur. Azərbaycana qarşı hazırda Rusiya-Fransa-İran ittifaqı var. Erməni diasporunun nümayəndələri və onların təsiri altında olan Fransanın bəzi siyasətçiləri və bələdiyyə xadimlərinin Azərbaycanın Rusiya Federasiyası və Ermənistanın Ukrayna ilə eyniləşdirilməsini təbliğ etməyə başlaması da təsadüf deyil.
Azərbaycanın ABŞ-ın tərəfdaşı olduğunu deyən politoloq qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması məsələsində ABŞ-ın marağı, dəstəyi məlumdur: “Ən son Macarıstanın Baş naziri Viktor Orban daxil olmaqla Qərb liderləri Azərbaycan Prezidenti İlham Əliyevə Avropaya enerji mənbələrinin şaxələndirilməsinə kömək etdiyinə görə ard-arda təşəkkür edirlər. Enerji məsələlərində isə ilk növbədə sabitlik amili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da, ABŞ İranın regionda sabitliyi pozan təsirinə qarşı durmağa davam edəcəyini bildirir. ABŞ fövqəlgücdür, bu baxımdan da tərəfdaşlarını dəqiqliklə seçir ki, “İran, ya Azərbaycan” alternativi qarşısında, sözsüz ki, etibarlı tərəfdaş imicini sübut edən Azərbaycana üstünlük verir”.
Politoloq Ramiz Alıyev də hesab edir ki, ABŞ-ın ortaya qoyduğu mövqe doğrudur. Çünki İranın regionda sabitliyi pozmağa yönəlmiş hərəkətləri beynəlxalq birliyə yaxşı məlumdur. Onun sözlərinə görə, hazırda bu ölkənin daxilində insan haqları da kobud şəkildə pozulur: “Müsəlman ölkəsi olan İranın ?slamın düşməni olan Ermənistana fəal dəstəyi isə qəbuledilməzdir. Bu fakt onu göstərir ki, rəsmi Tehran İslam dinindən sadəcə siyasi təbliğat məqsədilə istifadə edir. Əks halda, 30 illik işğal dövründə ərazilərimizdə bütün məscidləri, dini abidələri dağıdan, təhqir edən Ermənistana qarşı belə isti münasibət göstərməzdi”.
Həmsöhbətimiz bildirib ki, ABŞ-ın ölkəmizə göstərdiyi siyasi dəstək önəmlidir: “Bununla da, İran öz siyasətində korrektələr etməli, Azərbaycana münasibətdə davranışlarına diqqət etməlidir. Rəsmi Tehran anlamalıdır ki, Azərbaycan tək deyil və bizim güclü beynəlxalq tərəfdaşlarımız, dostlarımız var”.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

