Axırıncı yolun yolçuları...
14.11.2022 [16:41]
Daşnaksutyunun üzvü olan "Qədirqulu" kimdir?
Son günlərdə Azərbaycana qarşı olan qüvvələrin çirkin işbirliyi tam şəkildə ortaya çıxmaqdadır. Fransa və İranın açıq şəkildə ölkəmizin milli maraqlarına qarşı çıxış etməsi, israrla ermənipərəst mövqedə dayanmaları çox şeydən xəbər verir. Ən azından bizə qarşı tarixi düşmənçiliyi olanlar bir daha öz kartlarını açmaq məcburiyyətində qalıblar.
Maraqlıdır ki, bu iki dövlətin "kölgəsinə sığınanlar" da özünü ifşa edir. Məsələn, AXCP-nin iranpərəst Fransa "qolu" bu işdə daha canfəşanlıq edə-edə tələskənliyə də yol verir. Onlar İranın və Fransanın ölkəmizə qarşı kin-küdurətinə "dəstəvuz olmaq" istərkən özlərini də yandırırlar…
Bir müddətdir ki, Azərbaycana qarşı qarayaxma kampaniyalarına ara verməyən İranın "Səhər" adlı şər-böhtançı televiziyası guya elə özü kimi şər-böhtan dolu bir "film" hazırlayıb. İranın və ya Fransanın bu yalandolu "filmi" reklam etməsi başadüşüləndir. Amma AXCP-nin bu işdə göstərdiyi "fəallığı" anlamaq olmur. Halbuki həmin filmdə "ifşa edilən" faktlar…
Filmin anonsunda "atası Qədirqulu Daşnaksutyun Partiyasının üzvü idi" frazası yer alır. Bəlli olduğu kimi, Qədirqulu AXCP-nin mərhum sədri, Əli Kərimlinin özünə müəllim bildiyi, guya yolunu davam etdirdiyi Əbülfəz Elçibəyin atasının adıdır. Demək ki, AXCP bu filmin anonsunu "reklam etməklə" Əbülfəz Elçibəyi ifşa edir, onun atasının Daşnaksutyun partiyasının üzvü olduğunu daha geniş auditoriyaya yaymaq istəyir. Bəs AXCP deyirdi ki, onlar Rəsulzadə – Elçibəy yolunun davamçılarıdırlar… Belə olan halda, onlar hansı yolun yolçularıdırlar? Və ya hansı yoldadırlar?
Bu xəyanət yoludur - bu yol Fransa-İran-AXCP-nin yaratdığı xəyanət uçbucağının müəyyənləşdirdiyi yoldur. Bu yolda "irəliləyənlər" isə Əli Kərimlinin ən yaxınlarıdır – Qənimət Zahid, Natiq Ədilov kimiləridir. Təbii ki, Əli Kərimlinin xəbəri olmadan onun ən yaxınları bu şər-böhtan, xəyanət üçbucağında yer ala bilməzlər. Başqa sözlə, Əli Kərimlinin bu xəyanət üçbucağındankı yerini məhz bu şəxslərin fəaliyyəti müəyyənləşdirir.
Marığa yataraq Azərbaycana qarşı olan hər bir fikrə, hər bir addıma "züytutanlıq" etməyin isə sonu budur – özünüifşa. Bu isə, ya yolun axırıdır, ya da axırıncı yoldur…
Xəbər lenti
Hamısına baxAnalitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21

