Bakıda 11-ci Azərbaycan-Rusiya regionlararası forumu keçirilib
17.11.2022 [21:11]
Noyabrın 17-də Bakıda 11-ci Azərbaycan-Rusiya regionlararası forumu keçirilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Forumda iştirak ediblər.
Forum çərçivəsində iki ölkənin siyasət, biznes, elm, ziyalı və ictimaiyyət nümayəndələrinin, habelə regionların rəhbərlərinin və rəsmi şəxslərinin iştirakı ilə beş tematik dəyirmi masa keçirilib. İqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar sahələrdə əməkdaşlığa dair ətraflı müzakirələr aparılıb, kiçik və orta sahibkarlıq sahəsində gələcək qarşılıqlı fəaliyyət imkanları nəzərdən keçirilib.
Baş nazirlər Əli Əsədov və Mixail Mişustin forumun bağlanış mərasimində çıxış ediblər.
Əli Əsədov qeyd edib ki, regionlararası forumların keçirilməsi yaxşı ənənəyə çevrilib və Azərbaycan ilə Rusiya arasında regionlararası əlaqələrin genişləndirilməsində mühüm rol oynayır.
Regionlararası əməkdaşlığı ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi kimi səciyyələndirən Azərbaycanın Baş naziri vurğulayıb ki, bu əməkdaşlığa hər iki dövlətdə ali səviyyədə böyük əhəmiyyət verilir. Baş nazir deyib: “2018-ci ildə Bakıda keçirilmiş IX Forumda prezidentlər İlham Əliyevin və Vladimir Putinin birgə iştirak etmələri buna sübutdur. Yeri gəlmişkən, Forum məhz dövlət başçılarının təşəbbüsü ilə yaradılıb”.
Vurğulanıb ki, 2019-cu ildə Moskvada keçirilmiş X yubiley Forumu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyekonun iştirakı ilə əlamətdar olub.
Qeyd edilib ki, regionlararası forum mövcud olduğu illərdə iki ölkənin müxtəlif sahələrinin nümayəndələrinin qarşılıqlı faydalı dialoqu üçün nüfuzlu platformaya çevrilib.
Məmnunluqla bildirilib ki, koronavirus pandemiyası səbəbindən fasilə yaranmış Forumun keçirilməsi məhz bu il, Azərbaycan-Rusiya diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi vaxtda bərpa olunub.
Baş nazir Əli Əsədov Azərbaycan ilə Rusiyanın ikitərəfli əlaqələrindən bəhs edərək vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi və birgə səyləri sayəsində ikitərəfli əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri kəsb edib.
Daha sonra bildirilib ki, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq bu gün praktiki olaraq bütün sahələri ehtiva edir.
Qeyd edilib ki, regionlararası əməkdaşlıq ikitərəfli münasibətlərin gündəliyində xüsusi yer tutur. Azərbaycan Respublikası Rusiya Federasiyasının 80-ə yaxın subyekti ilə həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələri nizamlayıb, 20 subyektlə ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyət haqqında sazişlər imzalanıb.
Əminliklə bildirilib ki, Forum Azərbaycan ilə Rusiya arasında regionlararası əməkdaşlığın inkişafına yeni təkan verəcək, qarşılıqlı faydalı tərəfdaşlığın əsas inkişaf vektorlarını müəyyənləşdirməyə kömək edəcək.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29

