Aznevi: Ekoloji terrora görə Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edə bilər
17.12.2022 [10:53]
“Azərbaycan nə 1994-cü ildə qəbul edilən “Bişkek protokolu”nda, nə də 10 noyabr 2020-ci il tarixli müqavilədə Dağlıq Qarabağdakı suverenlik hüququndan vaz keçib. Digər torpaqlarında olduğu kimi Azərbaycan Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan torpaqlarında da suveren hüquqa və o torpaqlarda da fəaliyyət hüququna sahibdir”.
Ankara Vəkillər Kollegiyasının üzvü, türkiyəli hüquqşünas, “Hüquqi baxımdan Türkiyə və Azərbaycana yaradılan erməni problemi: Yuxarı Qarabağ və 10 noyabr müqaviləsi” kitabının müəllifi Fərhat Aznevi “Yeni Azərbaycan”ın yerli bürosuna açıqlamasında bu fikirləri bildirib.
Xankəndi-Şuşa yolunda Azərbaycanın qanuni ərazilərində başqa ölkələrin törətdikləri ekoloji terrora son qoyulması üçün keçirilən aksiyanı şərh edən vəkilin sözlərinə görə, Azərbaycanın öz ərazisi olan Dağlıq Qarabağda ekoloji baxımdan aparacağı monitorinq də qanuni haqqıdır. Ekologiya mövzusunun bütün sahələrdən, o cümlədən siyasətdən üstün olduğunu vurğulayan F.Aznevi deyib ki, ekologiya bütün bəşəriyyətin maraqlarını əhatə edən bir mövzu olduğu üçün bu məsələyə dünya ictimaiyyəti də laqeyd qalmamalıdır: “Azərbaycan dövlətinin ekologiyadan məsul olan mütəxəssislərinin ətraf mühitə dəyən zərərləri öyrənmək üçün o ərazilərdə fəaliyyətə başlamasına heç bir dövlətin əngəl olma haqqı yoxdur”.
F.Aznevi onu da qeyd edib ki, Azərbaycan dövləti yalnız ekoloji baxımdan deyil, səhiyyə, enerji, təbii sərvətlər və digər sahələr üzrə də mütəxəssisləri öz qanuni torpaqlarına baxış keçirmək üçün göndərmək haqqına sahibdir: “10 Noyabr Sazişinin 9 maddəsində də Azərbaycanın dövlət və qeyri-dövlət sahəsində olan mütəxəssislərinin o ərazilərdə fəaliyyətinə mane yaradacaq hər hansı bir fikrə rast gəlinmir. Odur ki, Azərbaycan torpaqlarına edilən bu təcavüzə, ekologiya terroruna son qoyulması üçün, beynəlxalq hüququn tələblərinə uyğun olaraq silahlı qüvvələrindən də istifadə etmək və bu təcavüzün qarşısını almaq hüququ var”.
Azərbaycanlıların keçirdiyi aksiyanı Ermənistan tərəfi və havadarlarının dünya ictimaiyyətinə yanlış olaraq təqdim etməsinə də vəkil belə münasibət bildirib: “Azərbaycan Dağlıq Qarabağda yaşayan erməniləri ac saxlamaq, onlara soyqırımı etmək kimi ağ yalanlar, çox ucuz bir təbliğatdır. Əslində, 1988-ci ilə qədər Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində yaşayan ermənlər, bu ölkənin digər vətəndaşları kimi bütün hüquqlara sahib idi. Bu gün Azərbaycan vətəndaşlarının 30 ildən çox çəkdikləri sıxıntılardan qurtarmaq imkanları var. Biz indiyədək Azərbaycanın erməniləri blokadada saxlaması kimi bir halı heç müşahidə etmədik, əksinə, Ermənistan, İran tərəfindən terror qüvvələri və silahlandırma ilə orada yaşayan ermənilərin də həyatı üçün təhlükə yaranmasına şahid olduq”.
Dağlıq Qarabağda başqa ölkələr tərəfindən istismar olunan təbii sərvətlərimizlə əlaqədar Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək haqqının olduğunu bildirən vəkil Ermənistan və digər dövlətlərin bununla bağlı hüquqi məsuliyyət daşıdıqlarını deyib: “Sudanda baş verən vətəndaş müharibəsində neft mədənləri digər ölkələr tərəfindən qəsb edildiyinə görə, o ölkələr Beynəlxalq Ədalət Məhkəməsinə verildi. Dağlıq Qarabağda da oxşar vəziyyət yaşandığı üçün Azərbaycanın da Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək hüququ var”.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49

