Aksiyanın beşinci günü...
17.12.2022 [10:30]
Vardanyanın “proqnozu” yalan çıxdı
N.BAYRAMLI
Azərbaycanın təbii resurslarının qanunsuz istifadəsinin dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların keçirdiyi etiraz aksiyasının beşinci günü arxada qaldı. Ötən günlərdə olduğu kimi, beşinci gündə də aksiyanın keçirildiyi yerdə vətənpərvərlik mövzusunda mahnılar səslənib, insanlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi ərazidə, Qarabağda faydalı qazıntıların talan edilməsini dayandırmaqla bağlı çağırışları əks etdirən şüarlar səsləndiriblər.
Dünən, həmçinin sülhməramlılara məxsus 6 yük maşını və 1 minik avtomobili Xankəndidən Laçın istiqamətində keçib. Bu, bir daha sübut edir ki, dinc aksiya iştirakçıları nəqliyyat vasitələrinin keçməsinə hər hansı maneə törətmirlər.
Aksiyaçılar Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, qanunsuz silah daşınmasının qarşısının alınmasını tələb ediblər.
Onu da qeyd edək ki, aksiyanın beşinci günü İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Azergold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib. Görüşdə bir daha qeyd olunub ki, təqdim edilmiş “yol xəritəsi”nə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır. Lakin minotorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və buna görə də qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb. Monitorinq qrupunun üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırılmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.
Xatırladaq ki, Qarabağ separatçılarının qondarma “dövlət naziri” Ruben Vardanyan iki gün öncə guya dekabrın 16-da azərbaycanlıların aksiyasının başa çatacağını iddia etmişdi. Amma dünən aksiya nəinki başa çatmayıb, əksinə iştirakçıların sayı daha da artıb.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

