Mətbuat Şurası "Euronews" və “Le Figaro”ya müraciət edib
26.12.2022 [17:55]
Medianın zorakılığa, bölücülüyə və qarşıdurmaya xidmət edən propaqanda üçün tribunaya çevrilməsi yolverilməzdir, jurnalistikanın peşə prinsiplərinə ziddir.
Bu barədə Azərbaycan Mətbuat Şurasının (MŞ) Euronews telekanalına və “Le Figaro” nəşrinə müraciətində qeyd edilib.
Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsinin Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti nəzarət zonasında olan Xankəndi şəhərində dekabrın 25-də keçirilmiş aksiya zamanı çıxış etmiş bəzi şəxslərin nitqlərindəki məzmunun “Le Fiqaro” qəzetində və “Euronews”un Fransa xidmətində birtərəfli qaydada və qərəzli səkildə yayımlanması dərin təəssüf hissi doğurur. Bütövlükdə Azərbaycan jurnalistlərinin haqlı narazılığını ifadə edən Mətbuat Şurasının yanaşması bundan ibarətdir ki, medianın zorakılığa, bölücülüyə və qarşıdurmaya xidmət edən propaqanda üçün tribunaya çevrilməsi yolverilməzdir, jurnalistikanın peşə prinsiplərinə ziddir.
Qarabağ Azərbaycanın BMT tərəfindən tanınmış suveren ərazisi, Xankəndi qədim Azərbaycan şəhəri, orada yaşayan əhali isə Azərbaycan vətəndaşlarıdır. Amma “Le Fiqaro” qəzeti və “Euronews”un Fransa xidməti dekabrın 25-də keçirilən aksiyasını işıqlandırarkən, nəinki Azərbaycanın suveren hüquqlarını, hətta Qarabağ bölgəsində yaşayan sıravi erməni əsilli vətəndaşların belə, mənafelərini nəzərə almayıblar. Onlar məsələni otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlamış cinayətkarların və onların əməllərinin davamçılarının maraqları kontekstində təqdim ediblər.
Təəssüflə bildiririk ki, “Le Fiqaro” və “Euronews”un Fransa xidməti Cənubi Qafqazda sabitliyin təmin olunması, xalqların dinc, yanaşı yaşamaları üçün göstərilən səyləri deyil, bölücülüyə xidmət edən, bölgədə sülh gündəliyinin əleyhinə fəaliyyət göstərənlərə meydan verdilər. Jurnalistika dəyərlərinə münasibətdə belə etinasızlığın göstərilməsi yolverilməz və qəbuledilməzdir.
“Le Fiqaro” və “Euronews” jurnalistikanın tərəfsizlik və obyektivlik kimi mühüm prinsiplərinə uyğun olaraq, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda, artıq, 15 gündür ki, davam edən aksiyası ilə maraqlana və məsələnin əsl mənzərəsini bütün tərəflərin mövqeyi nəzərə alınmaqla, təsvir edə bilərdilər. Əfsus ki, biz bu peşəkar yanaşmanı görmədik.
“Le Fiqaro” nəşri Fransanın tanınmış ictimaiyyət nümayəndələrinin Azərbaycana qarşı qeyri-obyektiv müraciətini təşkil edərək və yayaraq, belə bir təsəvvür formalaşdırmağa çalışır ki, guya, Azərbaycan Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti həyata keçirir. Aydındır ki, bu bəyanat, Fransadakı erməni lobbisinin səyləri nəticəsində ərsəyə gəlib və onun maraqlarına xidmət edir. Qeyd etməyi vacib sayırıq ki, KİV qurumunun hansısa materialı siyasi konyukturaya uyğun olaraq işıqlandırması, “Jurnalistlərin hüquq və vəzifələrinə dair Beynəlxalq Münhen Bəyannaməsi”nin prinsiplərinə ziddir. Jurnalist və KİV qurumu bundan çəkinməli, ictimaiyyətin həqiqəti bilməsi üçün çalışmalıdır.
Belə mənfi meyillər, Azərbaycan və Fransa xalqları arasında münasibətlərə də ciddi zərər gətirir, Azərbaycan ictimaiyyətində Fransa haqqında mənfi rəyin yaranmasını sürətləndirir.
Öz sıralarında Azərbaycanın məşhur media orqanlarını, jurnalist təşkilatlarını birləşdirən Azərbaycan Mətbuat Şurası “Le Fiqaro” qəzetini və “Euronews”un Fransa xidmətini Qarabağ həqiqətlərinə həssas yanaşmağa çağırır, beynəlxalq hüququn norma və prinsiplərinə, Fransa dövlətinin də tanıdığı müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmağa dəvət edir. Şura hesab edir ki, bu media orqanları, ümumən, Fransa mediası Cənubi Qafqazda yenidən siyasi avantüra planlarını reallaşdırmaq istəyənlərə tribuna verməməli, reallığı görməli, ədalət prinsiplərinə əsaslanmalıdırlar. Yalnız bu yolla bölgədə davamlı sülhün yaradılmasına, Azərbaycan və erməni xalqlarının birgə təmsil olunduqları coğrafiyada inkişafa və tərərqqiyə, insan hüquq və azadlıqlarının qorunmasına töhfə vermək mümkündür.
İnanmaq istərdik ki, müraciətimiz səmimi qəbul ediləcək, müvafiq nəticə çıxarılacaq, vurğuladığımız məqamlar kifayət qədər həssas daxili təbiətə malik Cənubi Qafqaz bölgəsinə ədalətli yanaşmanı təmin etmək meyarı kimi, “Le Fiqaro” qəzeti və “Euronews”un Fransa xidməti də daxil olmaqla, bütövlükdə Fransa və Avropa mediasının gələcək fəaliyyətində nəzərə alınacaqdır.
Günel
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

