Avropa İttifaqı sərhədi bəlli olmayan Ermənistanda...
18.01.2023 [10:48]
Yeni missiyanın əsas hədəfi nədir?
Deputat: Əvvəlki missiya danışıqlara mane olmaqdan başqa bir iş görmədi
Günel ABBAS
Ermənistanda son illər baş verən hadisələr onu göstərir ki, bu ölkədə təhlükəsizlik məsələləri heç də ürəkaçan deyil. Ancaq öz ölkəsində vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən dövlət axır vaxtlar böyük təşkilatların xüsusi missiyalarının təhlükəsizliyini təmin etməyi üzərinə götürməkdən çəkinmir. Əksinə, öz ərazisinə mütəmadi olaraq müxtəlif qüvvələri cəlb etməkdə maraqlıdır. Yeri gəlmişkən, ötən gün erməni KİV-ində yayılan məlumata görə, Avropa İttifaqı bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu dəfə missiyanın iki aylıq deyil, azı iki illik müddətə göndərilməsi nəzərdə tutulur. Bildirilir ki, Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib. Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrup kimi, budəfəki missiya da Ermənistan sərhədində yerləşəcək. Hansı sərhəddən söhbət getdiyi məlum deyil. Çünki hələ Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası olmayıb. Neçə müşahidəçinin gələcəyi isə hələ rəsmi olaraq açıqlanmasa da, missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı vurğulanır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, müşahidə üzvlərinin hər biri xüsusi xidmət orqanlarının nümayəndələri arasından təyin edilir: “Bu dərəcə böyük və əhəmiyyətli missiyanın təhlükəsizliyinə təminat vermək məhz Ermənistan tərəfinin üzərinə düşür. Düşünürəm ki, bu sayda, eyni zamanda, Gürcüstanda olan missiyadan da istifadə edəcəklər. Çünki bütün bu proseslərə Ermənistan dövləti əlverişli şərait yaratmalıdır ki, proses icra oluna bilsin. Əvvəlki missiya tam şəkildə öz işini yerinə yetirə bilmədi, çünki hər hansı bir qərarın qəbul olunmasında onların rolu olmadı. Bütün bunlara baxmayaraq missiyanın təkrarən göndərilməsinin səbəbi Rusiyanın regionda sülhməramlılarının olması ilə paralel Avropa nümayəndəliyinin də hansısa söz sahibi olmasıdır. Hətta düşünürəm ki, bunu ən çox istəyən də Ermənistan rəhbərliyidir. Çünki Rusiyadan müəyyən qədər aralanmaq üçün bu proseslərə start verir və dəstəkləyirlər. Ən ciddi məsələ də odur ki, nəyin bahasına olursa-olsun, Fransa hansısa formada regiona daxil olsun. Bu missiyanın gəlişi ilə bağlı Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsində qərar verilib. Müşahidə missiyasında iştirak edən əsas qurum Antiböhran İdarəetməsinin Mülki Məsələlər komitəsi tərəfindən də təsdiq olunub”.
Deputat yeni müşahidə missiyasının səlahiyyətləri və öhdəlikləri barədə də danışıb: “Yəni 40 nəfərlik qrupdan fərqli olaraq bu dəfə avropalı müşahidəçilər Ermənistanın bütün ərazisini patrul edəcəklər. Əvvəlki missiya təbii ki, silahsız idi, ancaq heç bir dəyişiklik əldə olunmadı. Əksinə, mən düşünürəm ki, bu, Azərbaycan-Ermənistan danışıqlarına mane olacaq. Əgər Avropa və Rusiya nüfuz müharibəsi aparırsa, Ermənistan da bunu dəstəkləyir. Müşahidəçilərin iki il müddətinə təyin edilməsinin də xüsusi bir mənası var. Məlum məsələdir ki, 2025-ci ildə sülhməramlıların ərazidə olması vaxtı tamamlanır, paralel olaraq həmin zamana qədər burada qalmağı planlaşdırır. Hələ ki, hər şey kağız üzərindədir və müəyyən qərarlar qəbul edilib. Bu missiyanın öz üzərinə düşən funksiyanı nə dərəcədə yerinə yetirəcəyini zaman göstərəcək. Bir daha qeyd etmək istəyirəm ki, keçmiş missiya Azərbaycan-Ermənistan danışıqlarına mane olmaqdan başqa hər hansı müsbət tendensiya yaratmadı”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19

