AVROPA PARLAMENTİ “SİYASİ ŞOU-BİZNES SƏHNƏSİ” KİMİ – TƏHLİL
24.01.2023 [15:48]
Bu gün bir sıra ölkələrin müstəqil xarici siyasət yürütməsini həzm edə bilməyən bəzi qərəzli qüvvələr selektiv yanaşma sərgiləyərək “insan hüquqları” pərdəsi arxasında onlara təzyiq göstərməyə çalışırlar. Biz bu qərəzin həm işğal zamanı, həm 44 günlük müharibə dövründə, həm də müharibədən sonra Ermənistanın təcavüzkar siyasətinə göz yumularaq Azərbaycanın əsassız şəkildə ittiham olunduğu açıq bəyanatlarda, müxtəlif sənədlərdə dəfələrlə şahidi olmuşuq.
Avropa Parlamentinin cari ilin yanvar ayının 19-da qəbul olunmuş, reallıqlardan uzaq, böhtan xarakterli məsələlərin yer aldığı qətnaməsi də eyni siyasətin - ikili standartlar oyununun davamıdır.
Bu bir daha onu göstərir ki, Avropa Parlamentinin timsalında bəzi beynəlxalq qurumların dəm vurduğu “demokratik dəyərlər” heç kəsdən asılı olmayan dövlətlərə qarşı təzyiq kampaniyasına xidmət edir. Belə olmasaydı, Ermənistanın vandal davranışları, ekosid və urbisid cinayətlərinə obyektiv münasibət sərgiləmək əvəzinə, Avropa Parlamenti ölkəmiz haqqında həqiqətə uyğun olmayan iddia və ittihamları ilə diqqət çəkməzdi.
Sənəd Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun “blokada”da olması kimi sərsəm iddialarla zəngindir. Qətnamədə Laçın yolundan humanitar yüklərin və təcili yardım maşınlarının maneəsiz keçməsi ilə bağlı faktların yer almaması onun erməni lobbisinin sifarişi əsasında hazırlandığına şübhə yeri qoymur.
Digər gülünc məqam isə tarixin arxivinə gömülən “Madrid prinsipləri”nin gündəmə gətirilməsidir. Görünür, Avropa Parlamenti müharibədən sonra yaranan yeni reallıqları dərk, qəbul və həzm edə bilmir. Və Ermənistan rəsmilərinin belə xatırlamağa çətinlik çəkdiyi bu prinsiplərin bəndlərinə istinad edərək ermənilərə vaxt qazandırmağa çalışır.
Əlbəttə, heç bir hüquqi qüvvəyə malik olmayan qətnamənin – adi kağız parçasının qəbulunun Azərbaycanın müstəqil siyasətinə və ictimai rəyə heç bir təsiri yoxdur. Beynəlxalq ictimaiyyət görür ki, özlərinin yazıb - oxuduqları belə “namə”lər fonunda Avropa Parlamenti siyasi şou-biznes səhnəsinə çevrilib.
Nəhayət, Avropa Parlamenti bir qrup siyasi korrupsioner deputatın canfəşanlığı və erməni lobbisinin təşəbbüsü ilə Azərbaycan əleyhinə qərəzli “müzakirə” platformasına çevrilməklə, əslində, Avropa İttifaqına və bütövlükdə “qoca qitə”nin maraqlarına qarşı çıxış edir.
Bütün bu reallıqların fonunda sual olunur: “Avropa dəyərləri” adlandırdıqları insan hüquqlarından, sivil dəyərlər üzərində bərqərar olunmuş cəmiyyətdən, qarşılıqlı hörmətdən danışan Avropa Parlamentinin və Avropanın imici nə üçün ayaqlar altına atılır? Hər halda, qurumun özü və başbilənləri bu suala cavab versələr, daha yaxşı olar. Amma bütün hallarda təkzibedilməz reallıq budur ki, Avropa Parlamenti özünü təkzib, ifşa və rəzil edir!
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
01 Fevral 16:53

Xəbər lenti
01 Fevral 16:50

Xəbər lenti
01 Fevral 16:31

Xəbər lenti
01 Fevral 16:19

Xəbər lenti
01 Fevral 16:12

Xəbər lenti
01 Fevral 16:03

Xəbər lenti
01 Fevral 15:50

Xəbər lenti
01 Fevral 15:44

Xəbər lenti
01 Fevral 15:17

Xəbər lenti
01 Fevral 15:16

Xəbər lenti
01 Fevral 14:52

Xəbər lenti
01 Fevral 14:51

Dünya
01 Fevral 14:12

Xəbər lenti
01 Fevral 14:03

Gündəm
01 Fevral 13:58

Dünya
01 Fevral 13:26

Xəbər lenti
01 Fevral 13:13

Xəbər lenti
01 Fevral 12:44

Xəbər lenti
01 Fevral 12:42

Xəbər lenti
01 Fevral 12:41

Xəbər lenti
01 Fevral 12:40

Xəbər lenti
01 Fevral 12:19

Xəbər lenti
01 Fevral 12:11

Xəbər lenti
01 Fevral 12:06

Xəbər lenti
01 Fevral 12:01

Xəbər lenti
01 Fevral 11:25

Xəbər lenti
01 Fevral 11:24

Xəbər lenti
01 Fevral 11:08

Maraqlı
01 Fevral 11:01

Xarici siyasət
01 Fevral 10:57

Analitik
01 Fevral 10:53

Gündəm
01 Fevral 10:49

MEDİA
01 Fevral 10:48

Sosial
01 Fevral 10:47

Siyasət
01 Fevral 10:44

Müsahibə
01 Fevral 10:39

Xəbər lenti
01 Fevral 10:32

Siyasət
01 Fevral 10:30

Gündəm
01 Fevral 10:26

Xəbər lenti
01 Fevral 10:20

Siyasət
01 Fevral 10:18

Xəbər lenti
01 Fevral 10:08

Xəbər lenti
01 Fevral 09:37

Xəbər lenti
01 Fevral 09:20

Xəbər lenti
31 Yanvar 22:43

Xəbər lenti
31 Yanvar 19:38

Xəbər lenti
31 Yanvar 18:14

Xəbər lenti
31 Yanvar 18:09

Xəbər lenti
31 Yanvar 18:07

Xəbər lenti
31 Yanvar 18:02

Xəbər lenti
31 Yanvar 17:48

Xəbər lenti
31 Yanvar 16:53

Xəbər lenti
31 Yanvar 16:45

Xəbər lenti
31 Yanvar 16:31

Xəbər lenti
31 Yanvar 16:21

Mədəniyyət
31 Yanvar 16:15

Xəbər lenti
31 Yanvar 16:14

Siyasət
31 Yanvar 16:00

Xəbər lenti
31 Yanvar 15:42

Xəbər lenti
31 Yanvar 14:36

Xəbər lenti
31 Yanvar 14:26

YAP xəbərləri
31 Yanvar 14:14

Xəbər lenti
31 Yanvar 14:07

Xəbər lenti
31 Yanvar 13:49

Avropa
31 Yanvar 13:33
.jpeg&width=120)
Xəbər lenti
31 Yanvar 13:27

Xəbər lenti
31 Yanvar 12:59

Mədəniyyət
31 Yanvar 12:57

Xəbər lenti
31 Yanvar 12:52

Dünya
31 Yanvar 12:34

E-qəzet
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 |