Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın icazəsi olmadan...

Azərbaycanın icazəsi olmadan...

28.01.2023 [11:00]

Heç bir beynəlxalq missiya suveren ərazilərimizə gələ bilməz!

N.BAYRAMLI

Torpaqlarımızın işğaldan azad edilməsindən sonraAzərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh vəəməkdaşlıq məkanına çevrilməsi üçün mühüm təşəbbüslərləçıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilkolaraq Azərbaycan tərəfindən verilib. Müharibənin bitdiyi ikiildən çox müddət ərzində bölgədə sülhün təmin olunmasıməqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsindəmüzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərarolması naminə irəli sürülən bütün beynəlxalq təşəbbüsləridəstəkləyir. 

Təəssüf ki, bu təşəbbüslər hələ də nəticə verməyib. Bununəsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və onunhavadarlarının rəsmi İrəvana verdikləri göstərişlərdir. Ermənitərəfi ümid edir ki, hansısa manevrlər etməklə, vaxt uzatmaqlanəyəsə nail ola biləcəklər. Amma həmişəki kimi yanılırlar. Digər tərəfdən, Laçın-Xankəndi yolunda Azərbaycanekoloqlarının təbii sərvətlərimizin qanunsuz istismarına qarşıkeçirdiyi dinc etiraz aksiyasından da rəsmi İrəvan özünün siyasiməqsədləri üçün istifadə edir. Aksiyanın davam etdiyi günlərdəerməni tərəfi elə bir beynəlxalq təşkilat, ölkə qalmayıb ki, müracət etməsin. Ermənilər bütün dünyaya yalandan car çəkirlərki,  guya Azərbaycan Laçın yolunu bağlayıb və “blokadanəticəsində Qarabağda yaşayan ermənilər üçün humanitarböhran yaranıb”. Əlbəttə ki,   ermənilərin bu iddialarıcəfəngiyyatdan başqa bir şey deyil. Onların məqsədiAzərbaycana qarşı beynəlxalq təzyiqə nail olmaqdır. 

Ermənistanın baş naziri Nikol Paşinyan isə yanvarın 26-dahökumətin iclasında Laçın yoluna “beynəlxalq missiyanın” göndərilməsini təklif edib. O, hətta Laçın yolundakı aksiya iləbağlı yeni iddia da irəli sürüb. Bildirib ki, guya “Bakının növbətiplanı” ilə bağlı onlarda informasiya var: “Bu plan Qarabağdaiqtisadi və psixoloji vəziyyəti kluminasiya nöqtəsinə çatdırmaq, sonra bir neçə günlüyə yolu açmaq və ermənilərin bölgədənçıxmasına şərait yaratmaqdan ibarətdir. Sonra yolu yenidənbağlayacaqlar, bir müddət sonra ermənilərin Qarabağdanköçməsi üçün növbəti dəfə qısa müddətli açacaqlar”. Həqiqətəndə, gülünc iddiadır. Erməni baş nazir bu fikirləri ilə Laçınyolunun nə vaxtsa açılmasını da Azərbaycana qarşı istifadəetməyə çalışır. Beləliklə, ermənilər bir tərəfdən yolun açılmasınıistəyir, digər tərəfdən yolun açılmasının yaradacağı“problemlərdən” narahatlığını bildirir???.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən   Milli Məclisindeputatı Kamran Bayramov deyib ki, Ermənistan baş nazirininbu günədək müxtəlif beynəlxalq platformalarda verdiyivədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmasısadəcə Azərbaycana deyil, beynəlxalq vasitəçilərə də yaxşıbəllidir. Üçtərəfli bəyanatın müddəalarını yanlış şərh edərək, özöhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan baş naziribilməlidir ki, bununla bağlı dövlətimizin mövqeyi dəfələrləbeynəlxalq platformalarda səsləndirilib. Bu da ondan ibarətdirki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bubölgədə yaşayan erməni əsilli əhalinin hüquqları vətəhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təminediləcək. Onun sözlərinə görə, həmin bölgəyə, o cümlədənLaçın yoluna hansısa beynəlxalq missiyanın gəlməsi yalnızAzərbaycan dövlətinin icazəsi ilə baş tuta bilər. Dövlətimizinsuveren ərazisinə hansısa ölkənin, ya da təşkilatın istəyi iləhansısa missiya göndərilə bilməz. Bunu beynəlxalq hüquq datəsbit edir. Ona görə də, Paşinyanın təklifi xəyal olaraq qalacaq. 

Həmsöhbətimiz bildirib ki, rəsmi İrəvan nə işğal dövründə, nə indi Qarabağda yaşayan ermənilərə yaxşı heç nə verməyib. Həmin ermənilər yoxsul, səfil şəraitdə yaşayırlar. Bununsəbəbkarları da Ermənistan və Qarabağ separatçılarıdır. Paşinyan bilir ki, Qarabağda mülki ermənilər ya Azərbaycanqanunları çərçivəsində yaşayacaqlar, ya da həmin ərazini tərkedəcəklər. Bu səbəbdən də, o, Laçın yolu açıldıqdan sonra mülkiermənilərin Qarabağı tərk edəcəkləri ilə bağlı “narahat” olmaqla, necə deyərlər, “qabaqdangəlmişlik” edir. 

Millət vəkili qeyd edib ki, Azərbaycan bölgədə sülh vətəhlükəsizliyin bərqərar edilməsi üçün önəmli təşəbbüslər irəlisürür: “Ölkəmizin sülh təşəbbüsləri qarşılığında Ermənistanın özöhdəliklərinə zidd olaraq qeyri-konstruktiv fəaliyyəti davametdirməsi bölgədə sülhün bərpasına xidmət etmir. Belə vəziyyətisə ilk növbədə Ermənistanın özünə ziyandır”. 

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31