XX əsr - İrəvanda Azərbaycan ictimai-siyasi mühiti
28.01.2023 [10:00]
Il yazı
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra erməni kommunistləri 1918-1920-ci illərdə daşnakların azərbaycanlılara qarşı apardıqları siyasəti davam etdirdilər, lakin daha incə üsullara əl ataraq, maskalanmış, ardıcıl və düşünülmüş şəkildə öz məkrli planlarını həyata keçirməyə başladılar. Çoxsaylı tarixi faktlar sübut edir ki, erməni kommunist-bolşeviklər fürsət düşəndə daşnaklardan daha dəhşətli və amansız idilər. Daşnaklar Azərbaycan türklərini öz əzəli topaqlarından tam təmizləyə bilmədikləri halda, kommunistlər bunu çox incə metodlarla həyata keçirə bildilər.
Tarixi proseslər və faktlar daşnakçılığa nisbətən bolşevizmin daha dəhşətli bəla olduğunu bir daha təsdiq edir. Bolşevik cildinə bürünmüş Ermənistan hakimiyyəti sələflərinin məqsəd və məramlarını daha ardıcıl və sistemli şəkildə dövlət səviyyəsində icra edirdi.
30 yanvar 1922-ci ildə Ermənistan Kommunist partiyasının və Ermənistan SSR Sovetlərinin birinci qurultayı keçirilmişdir.
Qurultayda 252 nəfər nümayəndə iştirak etmişdi ki, bunlardan da, 14 nəfəri azərbaycanlı idi. Qurultayda təsərrüfat və mədəni quruculuğun genişləndirilməsi, o cümlədən bir sıra məsələlər müzakirə edilərək, qərarlar qəbul edilmişdir.
Qurultayın gündəliyində yer tutan 3 mühüm məsələ haqqında qəbul edilmiş qərara diqqət yetirək:
1. Zaqafqaziya Federativ Sosialist Respublikasının yaradılması.
2. Torpaqların kəndlilərə verilməsi.
3. Xaricdən Ermənistana köçürülən ermənilərin ictimai təminat məsələsi.
Mərkəzin göstərişi ilə Zaqafqaziya Federativ Sosialist Respublikasının yaradılması məsələsi əslində regiondakı azərbaycanlıların əleyhinə olan bir təşkilat idi. Bu vaxt Ermənistan K (b) P rəhbəri Aleksandr Myasnikyan idi. Ona Qriqori (Serqo) Orconikidze və Sergey Mironoviç Kirov yaxından kömək edirdi. 12 mart 1922-ci ildə mərkəzin göstərişi, Qriqori Orconikidzenin rəhbərliyi ilə Azərbaycan, Ermənistan və Gürcüstan MİK nümayəndələrinin konfransında Zaqafqaziya Respublikalarının federativ ittifaqı yarandı. Bu federativ ittifaq 10 dekabr 1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına (ZSFSR) çevrildi.
Rəsmi sənədlərdə belə bir ittifaqın yaranması “Zaqafqaziya xalqlarının qardaşcasına birliyinin parlaq ifadəsi” və eyni zamanda “üç qardaş” xalqın elmi və mədəni tərəqqisinə, milli sülhün möhkəmlənməsinə əsas yaratması kimi qeyd olunur. Əslində ZSFSR-in yaradılması SSR-nin təşkil edilməsinə hazırlıq prosesi üçün atılmış bir addım idi. 1936-cı ildə ZSFSR ləğv edilərək hər üç respublika ayrı-ayrılıqda SSRİ-nin tərkibinə daxil edildi. Nə ZSFSR-in, nə də SSRİ-nin təşkili Ermənistanda yaşayan azərbaycanlıların soyqırımına, deportasiyaya, təqib və təzyiqlərə, siyasi-iqtisadi, mənəvi-fiziki terrora məruz qalmalarına nəinki son qoydu, əksinə, münasibətlərin daha da kəskin xarakter almasına rəvac verdi.
Bu vaxt Azərbaycan K (b) P MK-nın katibi Sergey Mironoviç Kirov idi. Bu təşkilata Ermənistanda Aleksandır Myasnikyan, Gürcüstanda Filipp Maxaradze başçılıq edirdilər. ZSFSR-də isə bu qurumun başında Qriqori Orconikidze dururdu. Bununla da Mikoyan-Kirov-Orconikidze üçlüyü yaranmış əlverişli tarixi şəraitdən istifadə edərək hər yerdə erməniləşdirmə siyasəti aparırdılar. Belə ki, 1918-1920-ci illərdə erməni daşnaklarının zülmü nəticəsində ən qəddar üsullarla qətlə yetirilməkdən xilas olmaq üçün doğma torpaqlarını tərk etmiş azərbaycanlılar Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra yenidən öz vətənlərinə geri dönməyə başladılar. Bütün dolanbac, keşməkeşli yollarına baxmayaraq, bəşər tarixi xalqlararası münasibətlərdə tədricən ədalət prinsipinin bərqərar olması ilə xarakterizə olunur.
Ermənistan İnqilab Komitəsi 1921-ci il aprel ayının 10-da və 23-də ölkəni tərk etmiş qaçqınların geri qayıtmasına icazə verdi. Bununla yanaşı, rəsmi İrəvan yoluxucu xəstəliklərin yayılma ehtimalını əsas gətirərək azərbaycanlı qaçqınların geri qayıtmasını əngəlləyirdi. Burada əsas məqsəd isə
1918-1920-ci illərdə Ermənistanı tərk etmiş 500 min azərbaycanlının geri dönməsinin qarşısını almaq, onların sayını minimuma endirmək idi. Bunun nəticəsində həmin dövrdə Azərbaycana, Türkiyəyə, İrana və digər müxtəlif ölkələrə üz tutmuş xeyli sayda azərbaycanlı qaçqınlıqdan geri qayıtmadı. Ocaqlarına dönən azərbaycanlı qaçqınlar isə sovet hökumətinin ədalətli xalq hökuməti olduğuna, ölkənin tam hüquqlu vətəndaşları kimi yaşayacaqlarına inanaraq bu addımı atmışdılar.
1922-ci ilin əvvəllərindən başlayaraq torpaqların kəndlilərin istifadəsinə verilməsi tədbirlərinin həyata keçirilməsi prosesi zamanı ən münbit ərazilər ermənilər tərəfindən zəbt olunmuş, vaxtilə azərbaycanlı əhalinin tərk etdiyi yaşayış məntəqələrində isə qısa zaman içərisində xaricdən köçürülmüş ermənilər yerləşdirilmişdi. Erməni daşnaklarının dözülməz təqib və təcavüzkarlığı üzündən Ermənistanı tərk etmiş, yenidən öz vətənlərinə qayıdan azərbaycanlı qaçqınlar daxmalar tikib, orada yaşamağa məcbur olurdular. Ermənistanın şovinist hakimiyyəti xaricdən köçürülən ermənilərin ictimai təminat məsələlərini önə çəkərək, onların yerləşdirilməsindən tutmuş, məişət problemlərinin həllinə qədər xüsusi səy gostərdiyi halda, onlar hətta öz əzəli yaşayış məntəqələrində və evlərində belə yaşamaq hüququndan məhrum edilirdi.
Apardığımız araşdırmalardan məlum olur ki, 1922-1923-cü illərdə qaçqınlıqdan geri dönən 170 mindən artıq azərbaycanlı əhalinin 55 min nəfəri erməni şovinist dairələrinin yaratdığı bu cür problemlərin nəticəsində yenidən Azərbaycana və başqa ölkələrə qayıtmağa məcbur olmuş, yenidən doğma yurdlarından didərgin düşmüşdü.
Bu siyasət İrəvan şəhərində daha qabarıq şəkildə özünü göstərirdi. Geri dönən azərbaycanlı qaçqınların İrəvan şəhərində öz doğma yurdlarında məskunlaşmasını Ermənistanın kommunist cildinə girmiş daşnak hakimiyyəti müxtəlif vasitələrlə əngəlləyirdi. Məcburiyyət qarşısında qalan azərbaycanlılar İrəvana yaxın ətraf bölgələrdə - Üçmüəzzin, Zəngibasar, Qəmərli və s. yerlərdə məskunlaşırdılar. Bu cür təqib və təzyiqlərlə üzləşən azərbaycanlı qaçqınların əksəriyyəti isə yenidən İrəvanı, o cümlədən Ermənistanı tərk etməyə məcbur olurdu. Erməni şovinistləri aydın başa düşürdülər ki, “Ermənistanı” erməniləşdirmək üçün ilk növbədə azərbaycanlıların mənəvi-mədəni istinadgahları olan İrəvanda onların mövqeyini sarsıtmaq mühüm şərtdir. İrəvanın türksüz şəhərə çevrilməsi, ermənilərin sonralar “uca” məramını həyata keçirmək Qərbi Azərbaycanı azərbaycanlılardan “azad etmək” üçün daha asan idi. Beləliklə, Ermənistanda sovet hakimiyyətinin bərqərar olması nə Ermənistan rəhbərliyində, nə də cəmiyyətin sıravi nümayəndələrində köklü dəyişikliyə səbəb olmadı. “Beynəlmiləlçilik” , “qardaşlıq” ideyaları köhnə iyrənc məqsədləri həyata keçirmək üçün son dərəcə rahat və əlverişli pərdə oldu.
Erməni-azərbaycanlı münasibətlərinin yenidən kəskinləşəcəyindən ehtiyat edən Zaqafqaziya Ölkə Komitəsi bu vəziyyəti dözülməz hesab etmiş və 1922-ci ilin iyununda Ermənistan K (b) P MK-nın nəzdində “Azsaylı xalqlar şöbəsi” yaratmağı tövsiyə etmişdir. Beləliklə, vaxtilə İrəvan əhalisinin 75%-ni təşkil edən Azərbaycan türkləri azsaylı xalqlar statusu ilə yaşamağa məcbur edildilər. Bununla belə “Azsaylı xalqlar şöbəsi” Ermənistanda yaşayan azərbaycanlıların hüquqlarının qorunmasında, onların qarşılaşdıqları problemlərin həll edilməsində çox böyük rol oynamış, bir növ soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni mərkəzinə çevrilmişdi. Azərbaycanın görkəmli oğlu, maarif xadimi Bala Əfəndiyevin bu bölməyə rəhbər təyin olunmasından sonra onun fəaliyyəti daha da gücləndirilmişdi. Azərbaycanlılara qarşı təqib və təzyiqlər qismən səngimiş, münasibətlərdə müəyyən dərəcədə nisbi və zahiri həlimlik yaranmışdı. Bu bölmənin və burada çalışan mətin iradəli azərbaycanlı ziyalıların fəaliyyəti sayəsində 1922-ci ildə İrəvanda Azərbaycan teatrı, 1922-ci ildə Azərbaycan dilində nəşr edilən “Rəncbər” qəzeti yenidən bərpa olunmuş, 1923-cü ildə Azərbaycanlı qadınlar klubu, 1924-cü ildə İrəvan Türk Pedaqoji Texnikumu, 1927-ci ildə azərbaycanlı yazarlar bölməsi, 1928-ci ildə İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu və bir sıra mədəni-maarif ocaqları yaranaraq fəaliyyətə başlamışdı. Bu şöbəyə ilk vaxtlar Cahangir Ələkbərbəyov, Məmmədəli Nasir, Əkbər Rzayev, 1923-cü ildə Bala Əfəndiyev, 1929-cu illərdə isə Əhməd Əhmədov rəhbərlik etmişdir. Həmin dövrdə Bala Əfəndiyev İrəvan şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etmiş, burada yaşayan azərbaycanlıların mənəvi atası olmuşdur. Bala Əfəndiyev 1928-ci ilin sonunda İrəvanı tərk etdikdən sonra da soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni həyatı ilə hər zaman maraqlanmış, onlardan diqqət və qayğısını əsirgəməmişdir. Azərbaycan DTK-ya doluşmuş erməni müstəntiqləri repressiya dövründə digər azərbaycanlı ziyalılar sırasında onu da əksinqilabçı, pantürkist kimi məhv etmişlər.
Cəlal Allahverdiyev,
filologoya üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
23 Mart 14:58

İdman
23 Mart 14:14

Xəbər lenti
23 Mart 14:13

Xəbər lenti
23 Mart 11:55

Xəbər lenti
23 Mart 11:16

Gündəm
23 Mart 11:14

Dünya
23 Mart 10:14

Dünya
23 Mart 10:12

Xəbər lenti
22 Mart 22:57

Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31
