/ / Azərbaycanın 522 QHT-si İran qarşısında tələb irəli sürüb: "Terroru törədənləri və sifarişçilərini tapın"
Azərbaycanın 522 QHT-si İran qarşısında tələb irəli sürüb: "Terroru törədənləri və sifarişçilərini tapın"
28.01.2023 [13:18]
"Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri olaraq 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qəti şəkildə pisləyir və kəskin etirazımızı bildiririk".
Bu fikirlər 522 QHT-nin birgə etiraz bəyanatında əksini tapıb.
Bildirilib ki, bu hücum birbaşa olaraq Azərbaycan dövlətinə qarşı yönəlmiş terror aktıdır və beynəlxalq hüququn pozuntusudur.
Bəyanatda vurğulanıb ki, diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir: "1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, “diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir”. Bu terror aktı göstərdi ki, İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliyini yerinə yetirməyib.
Xüsusən 2020-ci il Vətən müharibəsindən sonra İranda, o cümlədən İran mediasında və müxtəlif qurumlarda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılması, Azərbaycana qarşı mənfi münasibətlər bu terror aktının törədilməsinə bir növ şərait yaratmışdır. İranda Azərbaycanın diplomatik korpusuna qarşı əvvəllər də müxtəlif xarakterli təhdidlər olub, bu haqda İrana müraciətlər olunub. Buna baxmayaraq İran dövləti bu təhdidlərin qarşısının alınması istiqamətində heç bir fəaliyyət göstərməyib və nəticədə bu xain terror aktı törədilib.
Görünən odur ki, xain terror aktını törədən şəxsin sərbəst şəkildə Azərbaycan Səfirliyinə gəlişi, “kalaşnikov”la səfirliyə hücumu öncədən planlaşdırılmış və bu hadisənin qarşısının alınması üçün İran tərəfindən heç bir addım atılmamışdır.
Hadisə nəticəsində Azərbaycan səfirliyinin əməkdaşının həlak olması və digər əməkdaşların yaralanması bütün Azərbaycan xalqını dərindən sarsıtmışdır.
Ümid edirik, eləcə də tələb edirik ki, bu hadisəni sifariş edənlər və törədənlər ən ağır şəkildə cəzalandırılacaq və bu hallar bir daha təkrarlanmayacaq.
Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələri olaraq hesab edirik ki, Azərbaycan səfirliyinə hücumun məsuliyyətini İran bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatçılığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalıdır. Eyni zamanda, İran İslam Respublikasından hadisəni törədənlərin, sifarişçilərin, cavabdehlərin tapılıb cəzalandırılmasını qətiyyətlə tələb edirik.
Bununla yanaşı, Azərbaycan qeyri-hökumət təşkilatları olaraq günahkarların layiqli cəza alması məqsədilə bütün beynəlxalq təşkilatlara müraciət edir və bu terror hadisəsinə qiymət verilməsini tələb edirik".
Xəbər lenti
Hamısına baxDünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19

