Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın əlavə xilasetmə qrupu da Türkiyəyə ezam olunacaq

Azərbaycanın əlavə xilasetmə qrupu da Türkiyəyə ezam olunacaq

06.02.2023 [13:34]

"Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) əlavə xilasediciləri də qardaş ölkəyə ezam olunacaq".

Bunu Fövqəladə Hallar Naziriniliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, fevralın 6-da Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

Paylaş:
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31