Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyəyə zəlzələ bölgəsinə gedən FHN-in çevik qüvvələrindən ibarət qrup Adanaya çatıb

Türkiyəyə zəlzələ bölgəsinə gedən FHN-in çevik qüvvələrindən ibarət qrup Adanaya çatıb

06.02.2023 [17:30]

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfər şəxsi heyəti artıq Adana şəhərinə çatıb".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinun Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov deyib.

"İlkin olaraq xilasetmə qrupu artıq Adana şəhərindədir. Türkiyədə baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerinə yola düşürük. Orada baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qardaş Türkiyənin son dəqiqəsinə qədər yanında olacaq. FHN əməkdaşları olaraq sonacan Türkiyədə fəaliyyət göstərəcəyik", - general-mayor vurğulayıb.

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31