Türkiyədə zəlzələdə itkin düşən 3 azərbaycanlı xanım tapılıb
07.02.2023 [19:36]
Fevralin 6-da Türkiyənin Kahramanmaraş vilayətində baş verən dağıdıcı zəlzələ nəticəsində Azərbaycandan olan itkin düşən həmyerlilərimiz - Göyçə Baxşəliyeva, Nəzrin Əlizadə və Sevda Əliyeva tapılıb.
“Yeni Azərbaycan” qəzetinin Türkiyə təmsilçisi itkin Azərbaycan vətəndaşlarının tapılması üçün aidiyyatı qurumlarla əlaqə saxlayıb.
“Azərbaycanlı tələbə qız iki gün dağıntılar altında qalıb”
Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli bildirib ki, universitetin tələbəsi Göyçə Baxşəliyeva dağıntıya məruz qalmış binanın altında iki sutkaya yaxın qalıb, onun dağıntı altından çıxarılması üçün axtarış-xilasetmə qrupunun və digər əlaqədar vasitələrinin imkanlarından istifadə olunub: “Xəsarətlər alıb, ümumi vəziyyəti ağır deyil. Müayinələrdən sonra səhhəti haqqında dəqiq məlumatı həkimlərdən alacağıq”.
Həmran Əmirli onu da əlavə edib ki, tələbənin vəziyyəti ilə bağlı məsələ Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzarətindədir: “Valideynlərinin də məlumatı var”.
“Zəlzələ zonasında istilik, geyim, qidaya çox tələbat var”
Ümumlikdə Kahramanmaraşda 50-dən çox tələbənin olduğunu bildirən Həmran Əmirli zəlzələ zonasında yaşayan Azərbaycan vətəndaşlarının taleyi ilə Türkiyənin Azərbaycandakı Səfriliyi mütəmadi əlaqə saxlayır: “Xoşbəxtlikdən tələbələrimizin çoxu semestr imtahanlarını başa vurub, tətilə gedib. Biz burada Türkiyə və Azərbaycanın dövlət qurumlarından kifayət qədər dəstək alırıq. Amma yaxşı olardı ki, imkanlı iş adamları, qeyri-dövlət təşkilatları da səfərbər olub istilik, geyim, qida məsələsində zəlzələdən zərər çəkənlərimizə dəstək olaydı. Hal-hazırda onların pula yox, bu zəruri ehtiyaclara tələbatları var. Çünki dağıntı həddən artıq çoxdur. Təsəvvür edin Kahramanmaraşda bir məhəllədə 15 mərtəbəli 15 bina tamamilə yox olub, yerdə yalnız damları görünür. Azərbaycan bulvarında da bütün binalar dağılıb. Azərbaycanlı xilasedicilərimiz də burada bacardığı qədər dəstəyini göstərir. Amma təbii fəlakət bölgəsində həyatda qalmaq üçün minimum ehtiyacları qarşılamaq üçün dəstək lazımdır. Həm də soyuq hava şəraiti də işləri daha da çətinləşdirir”.
Mustafa Kemal Universitetinin müəllimi Nəzrin Əlizadə dağıntılarda xəsarət alıb
Digər itkin xəbərini aldığımız, sonradan dağıntılar altından çıxarılan həmyerlilərimiz isə Hatay vilayətinin mərkəzi Antakya şəhərində yaşayan ana Sevda Əliyeva və qızı Nəzrin Əlizadədir.
Nəzrin Əlizadə Hatay vilayətinin mərkəzi Antakya şəhərindəki Mustafa Kemal Universitetində yenicə müəllim kimi fəaliyyət başlayıb.
Ana və qızının yaşadığı ev zəlzələdə dağıntıya məruz qalıb, amma onları xilas etmək mümkün olub. Hatayın Antakya və İskenderun şəhərlərində olan böyük dağıntılarla əlaqədar əraziyə əhalinin gəliş-gedişi, eləcə də rabitə çətinliyi olduğu üçün fevralın 6-da günboyu onlarla əlaqə saxlaya bilmədik.
Azərbaycanın Türkiyə Səfriliyinə müraciətimizdən sonra günün sonunda ana ilə qız haqqında məlumat ala bildik. Nəzrinin dağıntıdan xəsarət aldığını, amma hazırda səhhətinin qənaətbəxş olduğunu, yaşayş yerlərinin tamamilə dağıldığını, evlərindən heç bir əşya və sənədlərini götürə bilmədiklərini öyrəndik.
Azərbaycanın Türkiyədəki Səfirliyi: “Vətəndaşlarımız zəlzələ baş verən ərazilərdən təxliyə olunacaq”
Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, zəlzələ nəticəsində ölənlər və ağır xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması haqqında məlumat yoxdur: “Zəlzələ baş verən ərazilərdən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar aparılır. Kahramanmaraş, Diyarbəkir, Adıyaman, Malatya, Qaziantep, Kilis, Şanlıurfa, Adana, Hatay, Osmaniyə vilayətlərində olan vətəndaşlarımızın təxliyəsi üçün avtobuslar ayrılıb. Onlar Azərbaycana evakuasiya olunacaqlar”.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04.17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda isə yerli vaxtla saat 13.24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, yerli vaxtla 04.26-da Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04.36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Türkiyənin 10-dan çox vilayətində dağıntılar yaradıb.
Bu qaçılmaz fəlakətin törətdiyi itkilərin, zərərlərin sayı ilə bağlı dəqiqləşdirmələr aparılır.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
23 Mart 14:58

İdman
23 Mart 14:14

Xəbər lenti
23 Mart 14:13

Xəbər lenti
23 Mart 11:55

Xəbər lenti
23 Mart 11:16

Gündəm
23 Mart 11:14

Dünya
23 Mart 10:14

Dünya
23 Mart 10:12

Xəbər lenti
22 Mart 22:57

Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31
