Ərdoğan təhlükə qarşısında özünü itirməyən Liderdir
09.02.2023 [14:36]
Elxan Şükürlü yazır
“Qardaş Türkiyədə yaşanan ağır faciədən Ərdoğan əleyhdarlarının, xüsusən də Qərbin Türkiyə və Azərbaycandakı şəbəkəsinin dərhal yararlanmaq cəhdləri açıq-aşkar ortadadır. Faciənin dəhşətlərini yaşamış insanların emosional ovqatına siyasi məzmun verərək, onun Ərdoğana qarşı kütləvi qəzəb və nifrətə çevrilməsi üçün hər şey edilir! Məqsəd də odur ki, Türkiyədəki 14 may seçkilərinə qədər Ərdoğan ciddi siyasi nüfuz və səs itkisinə məruz qalsın, yenidən prezident seçilməsin”.
Bu barədə Strateq.az saytının təsisçisi və baş redaktoru Elxan Şükürlü özünün facebook səhifəsində yazıb.
“Hazırda Ukrayna üzərində Rusiya ilə taqətdənsalma savaşı aparan Qərb üçün Türkiyədəki 14 may seçkiləri fövqəladə dərəcədə əhəmiyyət daşıyır. Onlar hesab edirlər ki, Ərdoğan yenidən prezident seçilməzsə və onu Qərbin müdafiə etdiyi şəxs əvəzləyərsə, bu, 2016-cı ildən etibarən daha açıq şəkildə müşahidə olunan Rusiya-Türkiyə əməkdaşlığına da son verə, beləliklə, Rusiyaya qarşı Qara dəniz hövzəsi - Cənubi Qafqaz - Mərkəzi Asiya xətti boyunca yeni bir cəbhə açıla bilər.
Şübhəsiz ki, bunu Rusiya da bilir və indi Putin üçün Ərdoğanın hakimiyyətdə qorunub saxlanması öz hakimiyyətinin qorunub saxlanması qədər önəmlidir. Bir qədər də dəqiq desək, 2024-cü ildə Rusiya, Ukrayna və ABŞ-da gözlənilən prezident seçkilərinin qədəri daha çox elə Türkiyədəki may seçkilərində yazılacaq.
Bu baxımdan, qarşıdakı 3 ayda Türkiyəyə qarşı Qərbin basqılarının xeyli artacağı, hətta bunun ölkə daxilində davamlı kütləvi iğtişaşlara, toqquşma və etirazlara çevrilməsi üçün cəhdlərə çevriləcəyi proqnozlaşdırılsa da, eyni zamanda anti-Qərb bloku, xüsusən də Çin və Rusiya tərəfindən Ərdoğan hakimiyyətinin sonadək dəstəklənəcəyini də gözləyə bilərik.
Son 20 ildəki fəaliyyətiylə Ərdoğan hamıya sübut edib ki, o, xaraktercə təhlükə qarşısında özünü itirməyən, toparlanan, səfərbər olunan və kritik situasiyalarda daha çevik, effektli davranan, böhranı imkana çevirməyi bacaran Liderdir. İnşallah, O, qardaş Türkiyənin bu faciəsindən yararlanmaq istəyənləri növbəti dəfə məyus edərək, ölkəsinə uzanan yad əlləri kəsəcək, bütün finəkarlıqların qarşısını alacaq və öz xalqını arxasında yenidən toparlamaqla, onu yeni hədəflərə götürməyi bacaracaq!
Biz bu savaşda da, seçimdə də bir əlində “Quran”, dilində azan, Türkiyəni yenidən quran və Ümmətini birləşdirərək, onu daha təhlükəsiz bir dünyaya aparmağa çalışan Ərdoğanın yanında, cinahındayıq!
Allah Onun və Türkiyəmizin köməyi olsun! Ən böyük yardımımızsa dualarımızdır!”
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

