Milli Məclisin sədri Avropa Parlamentinin rəhbərinə cavab verib
21.02.2023 [14:24]
Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin sədri Roberta Metsola tərəfindən ona ünvanlanmış məktuba cavab verib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, cavab məktubunda bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı yüksək səviyyəli münasibətlər və bu münasibətlərin daha da inkişaf etdirilməsi perspektivləri fonunda hakimiyyətin qanunverici qolları arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Milli Məclisi həmişə Avropa Parlamenti ilə qarşılıqlı fəaliyyətin dərinləşməsinə hazır olduğunu nümayiş etdirib.
S.Qafarova məktubda Avropa Parlamenti sədrinin təmsil etdiyi qurumun Milli Məclislə qarşılıqlı hörmət ruhunda yaxşı münasibətlər qurmağa davam etmək öhdəliyinə dair sözlərini müsbət qiymətləndirib.
Bununla belə, Azərbaycan parlamentinin sədri qeyd edib ki, beynəlxalq əməkdaşlıq mexanizmlərində də təmsil olunan parlament üzvlərimizin öz səlahiyyətlərinə daxil olan məsələlər barədə fikirlərini sərbəst ifadə etmək hüququ var. Parlamentimizdə senzura qəbuledilməzdir.
Cavab məktubunda deyilir ki, Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsindəki (PƏK) nümayəndələri avropalı tərəf müqabilləri ilə dialoqun daha da genişləndirilməsi niyyətinə əsaslanaraq, öz həmkarları ilə fəal ünsiyyətdə olmuş və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmiş yeni təşəbbüslər üzərində çalışmışlar. Biz Avropa Parlamenti tərəfindən də eyni səviyyədə münasibət görmək istərdik. Qərəzli bəyanatlarda və qətnamələrdə ifadə olunan yalan, qərəzli və birtərəfli ittihamlar konstruktiv tənqid kimi qəbul edilə bilməz və yuxarıda ifadə olunan məqsədlərə xidmət etmir. Həmçinin, PƏK Milli Məclislə Avropa Parlamenti arasında birgə səylər vasitəsilə əməkdaşlığın möhkəmləndirilməsinə kömək edən platforma olmalıdır.
Parlamentin sədri iki qurum arasındakı əməkdaşlığın qarşılıqlı etimad və anlaşma əsasında güclənəcəyinə ümidvar olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

