Bakcell rəhbərliyində yeni təyinatlar
23.02.2023 [11:57]
Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə Klaus Müller təyin edilib.
Telekommunikasiya sahəsində 30 ildən çox iş təcrübəsinə malik olan Klaus Müller Avropanın bir çox böyük telekommunikasiya şirkətlərində rəhbər vəzifələrdə çalışıb. O, Almaniya, ABŞ, Macarıstan, Azərbaycan və digər ölkələrdə iri telekommunikasiya şirkətlərində genişmiqyaslı transformasiya proqramları və strategiyaların həyata keçirilməsi ilə bağlı zəngin təcrübəyə malikdir. Klaus Müller Almaniya, İspaniya və ABŞ-da iqtisadiyyat, strateji idarəetmə və biznesin idarə edilməsi üzrə təhsil alıb və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
“Müasir dövrdə telekommunikasiya sənayesi üçün dəyişikliklərə çevik reaksiya vermək, abunəçilərin ehtiyaclarını anlamaq və innovativ həllər təklif etmək çox vacibdir. Yüksək mobil internet sürəti, şəbəkənin geniş əhatə dairəsi və müştəri məmnuniyyətinin yüksək səviyyədə olması sayəsində Bakcell Azərbaycanın telekommunikasiya bazarında aparıcı mövqeyə malikdir. Mən “Bakcell”də işə başlamaqdan çox məmnunam. Biz komanda ilə birlikdə şirkətin bazar mövqeyi və texnoloji üstünlüyünün daha da möhkəmləndirilməsi və innovativ rəqəmsal layihələrin həyata keçirilməsi üzərində çalışacağıq”, deyə Klaus Müller bildirib.
Qeyd edək ki, 2019-cu ildən başlayaraq “Bakcell”in baş icraçı direktoru vəzifəsində çalışmış Rainer Rathgeber şirkətin uğurlu fəaliyyətinə töhfə verib. Bu illər ərzində Bakcell şirkətinin Azərbaycanın telekommunikasiya bazarındakı mövqeyi daha da güclənib.
Həmçinin NEQSOL Holding-in Qrup üzrə Baş Maliyyə Direktoru və NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə Bakcell şirkətinin Direktorlar Şurasının üzvü təyin edilib. İmran Əhmədzadənin bank, enerji, telekommunikasiya və tikinti sahələrində 20 illik təcrübəsi var. O, 2013-cü ildə NEQSOL Holding-in tərkibinə daxil olan Nobel Energy-də Xəzinədarlıq üzrə Baş Direktor, 2017-ci ildə NEQSOL Holding-də Baş Maliyyə Direktorunun müavini, 2018-ci ildə isə Baş Maliyyə Direktoru təyin olunub. O, həmçinin Vodafone Ukraine, Nobel Energy, Norm və Holdinqin tərkibindəki digər şirkətlərin Direktorlar Şurasının üzvüdür. İmran Əhmədzadə Harvard Biznes Məktəbinin məzunudur.
NEQSOL Holding-in tərkibinə daxil olan Bakcell Azərbaycanda ən son VoLTE və eSIM texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində 5G-nin sınaq tətbiqini elan edib. Bakcell şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

