Beynəlxalq Multikulturalizm Qış Məktəbi başa çatıb
25.02.2023 [17:08]
Fevralın 25-də “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” mövzusunda XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Xocalı qurbanlarının xatirəsi ehtiramla anılıb.
Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla diqqətə çatdırıb ki, Qış Məktəbinin iştirakçıları bir həftə ərzində Azərbaycanın bir çox məkanları ilə tanış olublar.
Bildirilib ki, Beynəlxalq Multikulturalizm Qış Məktəbinin əhəmiyyəti çox böyükdür. Çünki Qış Məktəbi Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
“Sabah Azərbaycan tarixinin ən faciəvi günlərdən biri - Xocalı soyqırımının 31-ci ildönümüdür. Ermənilər Xocalıya hücum edərək qadınları, uşaqları, yaşlıları azərbaycanlı olduqları üçün öldürüblər. Bu hadisələrin bir daha təkrar olunmaması üçün Xocalı faciəsini unutmamalıyıq",- deyə BBMM-in Himayəçilik Şurasının sədri vurğulayıb.
Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, belə tədbirlər Azərbaycan multikulturalizminin dünyada tanıdılması baxımından çox önəmlidir. Qış Məktəbinin iştirakçılarının Azərbaycan xalqının qonaqpərvərliyinin əyani şahidi olduqlarını qeyd edən Rəvan Həsənov deyib: “Qış və Yay Beynəlxalq Multikulturalizm məktəbləri Mərkəzin mühüm layihələrindən biridir. Bu layihə ildə iki dəfə təşkil edilməklə Bakı şəhəri ilə yanaşı, bir sıra bölgələrimizi də əhatə edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbir artıq ənənə halı alıb. Məktəbdə iştirak edən əcnəbi tələbələr Azərbaycan multikulturalizmi ilə yaxından tanış olurlar”.
Rəvan Həsənov vurğulayıb ki, layihənin iştirakçıları ilə dostluq və əməkdaşlıq davam edəcək.
Sonda Qış Məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunub.
Xatırladaq ki, XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərində təhsil alan tələbələr iştirak ediblər.
Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural mühit, tolerant əhvali-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilib. İştirakçılar “Heydər Əliyev və Multikulturalizm”, “Azərbaycanın dil siyasətində multikulturalizm”, “Azərbaycanın multikulturalizm modeli: Mədəni müxtəliflikdə birlik”, “Mədəniyyətlər sərhədində ünsiyyət aktı kimi Azərbaycan ədəbiyyatının tərcümələri: Qurban Səidin “Əli və Nino” əsəri” mövzularında mühazirələr dinləyiblər. Qış məktəbi çərçivəsində təşkil olunan “Öz xalqını təqdim et” musiqili axşamda iştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, etnik müxtəlifliyi haqqında məlumat veriblər.
Səfər müddətində iştirakçılar Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət ediblər. “Şahdağ” Qış-Yay Turizm Kompleksində, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində, Quba Soyqırımı Memorial Kompleksində olublar. Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə yerli əhali ilə görüşlər keçiriblər, məscid, kilsə və sinaqoqları ziyarət ediblər.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

