Sanksiyalar dalğası davam edir
28.02.2023 [10:43]
10-cu paketdə nələr var?
Nicat Dilqəmli
Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əhatə dairəsi genişlənməkdə davam edir. Razılaşdırılması müzakirə predmetinə çevrilən onuncu paketin reallaşdırılması - tətbiq edilməsi nəhayət ki, baş tutub. Bununla bağlı 3 gün öncə qərar qəbul edilib. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel sanksiyaların yubiley paketi ilə bağlı danışarkən məhdudiyyətlərin “amansız müharibənin davam etməsində mühüm rol oynayanlara” qarşı yönəldiyini qeyd edib. Avropalı diplomat fikirlərinə belə davam edib: “Rusiyaya təzyiqləri gücləndirəcəyik. Ukrayna Rusiyanın qəddar təcavüzündən azad olunana qədər - nə qədər lazımdırsa, o qədər də bu, belə davam edəcək”.
Yeni paketin təsir dairəsinə Rusiyadan olan 1473 fiziki şəxs, 205 təşkilat daxildir. Onların aktivləri dondurulacaq, Aİ vətəndaşlarının və şirkətlərinin onlara vəsait verməsi qadağan ediləcək. Bununla belə, fiziki şəxslərin Aİ ərazisinə daxil olmasına da icazə verilmir. Avropa Komissiyasının hesablamalarının nəticəsinə görə, tətbiq edilən ticarət məhdudiyyətlərinin həcmi 11.4 milyard avro dəyərindədir. Aİ-nin Rusiyaya ixracının demək olar ki, yarısı məhdudlaşdırıcı tədbirlərin sırasında yer alır.
Sanksiya siyahısına Rusiyanın Alfa-Bankı, Tinkoff Bankı və Aİ-də deyildiyi kimi, Rusiya hakimiyyətinə “əhəmiyyətli gəlir təmin edən” Rosbank da daxildir. “Rossiya Seqodnya” media qrupu və onun icraçı direktoru Kirill Vışinski, “Regnum” xəbər agentliyinin baş redaktoru Marina Əhmədova və jurnalist Aleksandr Kots da sanksiyalara məruz qalıblar.
Siyahıda Milli Dəyərlərin Müdafiəsi Fondunun prezidenti Maksim Şuqalei, Malidəki Vaqner qrupunun rəhbəri İvan Maslov, Mərkəzi Afrika Respublikasındakı Vaqner qrupunun mətbuat katibi Aleksandr İvanov da var.
ABŞ da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Ölkənin ticarət nazirliyi dəyəri 300 dollardan çox olan smartfonların və məişət texnikasının ixrac məhdudiyyətini genişləndirib. Məhdudiyyətlər 276 məhsul koduna, o cümlədən ABŞ-da dəyəri 750 dollar olan kondisionerlər və soyuduculara, ventilyatorlara, qabyuyan maşınlara, 100 dollardan yuxarı robot tozsoranlara, məişət qəhvə maşınlarına, mikrodalğalı sobalara və digər cihazlara aid ediləcək.
Rusiyanın bəzi maliyyə təşkilatları da məhdudiyyətlərə məruz qalıb. Məhdudlaşdırıcı tədbirlər ilə əsasən Moskva Kredit Bankı (MCB), Sankt-Peterburq, Uralsib, Zenit və MTS Bank bankları üzləşəcək. Bundan başqa, metallurgiya və dağ-mədən sektoru ilə əlaqəli olan, fiziki və hüquqi şəxs olmaqla 100 nəfər qadağalar siyahısına düşüb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

