MEDİA Azərbaycan həqiqətlərini təhrif edən “Freedom House”a cavab verib
09.03.2023 [22:14]
Medianın İnkişafı Agentliyinin Azərbaycan həqiqətlərini təhrif edən “Freedom House” təşkilatının son hesabatı ilə bağlı bəyanat yayıb.
Bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, “Freedom House” beynəlxalq qeyri-hökumət təşkilatı açıqladığı son hesabatında Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qərəzli münasibətini bir daha nümayiş etdirib.
Azərbaycanın informasiya məkanı haqqında səsləndirilmiş qərəzli münasibətə cavab olaraq bəyan edirik ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununda hesabatda iddia olunduğu kimi, xarici onlayn platformalara yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək öhdəliyi qoyulmamışdır.
Belə ki, Qanunun müddəalarına əsasən Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin açılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir və bunun üçün həmin subyektlərin yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsi heç bir halda tələb olunmur.
Xüsusilə vurğulanmalıdır ki, Qanunun müddəaları video paylaşım platformaları, internet televiziyaları və bu kateqoriyadan olan digər fəaliyyət növlərinə qətiyyən şamil edilmir, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur.
Beynəlxalq yanaşma nəzərə alınmaqla, media sahəsində baş verən qanunazidd hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi nəzərdə tutulmuş, dövlət orqanlarının bu istiqamətdəki səlahiyyətləri tamamilə məhdudlaşdırılmışdır. Heç bir dövlət orqanının media subyektlərinin fəaliyyətini dayandırmaq və ya onların fəaliyyətinə xitam vermək yaxud hər hansı şəkildə müdaxilə etmək hüququ yoxdur. Bu sahədə yarana biləcək bütün hüquqazidd hallar məhkəmələrdə tərəflərin bərabərliyi prinsipi əsas götürülməklə həll edilir.
Qanun “media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır” deməklə senzuranı tamamilə istisna edir. Əlavə olaraq, media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığının təmin edilməsini dövlətin vəzifəsi olaraq müəyyənləşdirir.
Həmçinin Qanun jurnalistlərin ictimaiyyəti məlumatlandırmaq sərbəstliyini təmin etmək məqsədilə informasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi üçün dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyur, jurnalistlərin peşəkar fəaliyyətinə müdaxiləni yolverilməz hesab edir.
Azərbaycan həqiqətlərini təhrif etməyə davam edən, münasibət bildirərkən rəsmi mənbələrlə əlaqə saxlamayan, dəfələrlə bəyan edilmiş dialoq təşəbbüslərimizi cavablandırmayan və nəhayət, öz ərazi bütövlüyünü bərpa edən ölkəni “işğalçı” adlandıran təşkilatın hesabatı hüquqi və məntiqi baxımdan tamamilə əsassız və etibarsız olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə də ziddir.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

