/ / Nazir: Dağıntılara məruz qalmış ərazilərin yenidən qurulmasında Türkiyəyə dəstəyi davam etdirəcəyik
Nazir: Dağıntılara məruz qalmış ərazilərin yenidən qurulmasında Türkiyəyə dəstəyi davam etdirəcəyik
16.03.2023 [13:22]
Martın 16-da xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən iclasında iştirak edib.
XİN-dən verilən xəbərə görə, iclas zamanı çıxış edən nazir Ceyhun Bayramov, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək TDT-nin fövqəladə Zirvə Görüşünün 6 fevral 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıdığını bildirib.
Böyük fəlakət və əsrin faciəsi olan bu zəlzələlərin on minlərlə insan itkisi, böyük dağıntılar və humanitar problemlər yaratmasına baxmayaraq, qüdrətli türk millətinin və Türkiyənin zəlzələnin fəsadlarının aradan qaldırılmasının öhdəsindən ən qısa zamanda ləyaqətlə gələcəyinə əminlik ifadə olunub. Sevincini olduğu kimi dərdini də birlikdə bölüşən xalqlarımızın bu acı günlərdə də nümunəsinə az rast gəlinən həmrəylik nümayiş etdirdiyi çıxış zamanı vurğulanıb.
Zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyət, o cümlədən TDT-yə üzv və müşahidəçi dövlətlər tərəfindən qısa müddət ərzində axtarış və xilasetmə dəstələrinin, habelə humanitar yardımların göndərilməsinin böyük mənəvi əhəmiyyət daşıdığı qeyd olunub. Bu xüsusda, fəlakətin baş verdiyi ilk andan etibarən qardaş Türkiyənin yanında olan Azərbaycanın, bundan sonra da dağıntılara məruz qalmış ərazilərin yenidən qurulmasında Türkiyə Respublikasına dəstəyi davam etdirəcəyi diqqətə çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə ölkəmizin bütün əlaqədar qurumları tərəfindən operativ qaydada Türkiyəyə yardım edildiyi, bu çərçivədə ölkəmizdən xilasetmə və tibbi heyət, səhra xəstəxanaları, onlarla təyyarə və yüzlərlə yük maşınları ilə göndərilən humanitar yardım barədə məlumat verilib.
Nazir Ceyhun Bayramov həmçinin baş vermiş təbii fəlakət fonunda üzv dövlətlər arasında fövqəladə hallara hazırlıq və cavab tədbirlərinin həyata keçirilməsi sahəsində əməkdaşlığın, o cümlədən birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətindən bəhs edərək, TDT-nin Mülki Müdafiə Mexanizminin yaradılması üzrə yol xəritəsinin praktiki icrasının vacibliyini qeyd edib.
TDT-nin yaranmasından ötən illər ərzində Təşkilatın üzv dövlətləri arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiyalar sahələrində əməkdaşlığın güclənməsi, o cümlədən qurumun beynəlxalq nüfuzunun artması məmnunluqla qeyd olunub. Bu xüsusda, Özbəkistanın TDT-yə sədrliyinin Təşkilatın daha da güclənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
Regionda və dünyada baş verən hadisələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırdığını qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bununla əlaqədar, Azərbaycanın Orta dəhlizin tranzit potensialından istifadəyə şərait yaradacaq bu səylərinin öz növbəsində regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.
Xarici İşlər Nazirləri Şurasında TDT-yə üzv ölkələrin xarici işlər nazirləri də çıxış edib, Zirvə Görüşündə ölkələrin liderləri tərəfindən təsdiq edilməsi nəzərdə tutulan sənədlər və siyasi bəyannamə layihələri nəzərdən keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

