Qüfrət Həsənquliyev: “İrandakı rejim dini ideologiyaya yox, panfarsizm dünyagörüşünə söykənir”
08.04.2023 [12:00]
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsi
- Qüdrət bəy, İran parlamentinin Azərbaycana qarşı qıbul etdiyi qərəzli sənədlə bağlı Milli Məclisin bəyanatını “yumşaq” adlandırdınız .Niyə?
- Çünki Bəyanatda İranın Azərbaycana qarşı düşmənçilik siyasəti yürütməsi, terroru dəstəkləməsi, regional sabitlik üçün təhlükəyə çevrilməsi, dövlət siyasətinin panfarsizm ideologiyasına əsaslanması, xalqlar həbsxanasına çevrilməsi, son bir neçə ayda azadlıq istəyən və iş istəyən 500-dən artıq müsəlman gənci qətlə yetirməsi, işğalçı Ermənistanı dəstəkləməklə Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza həqarət edib onları alçaltması, Kafanda konsulluq açmaqla Zəngəzur dəhlizinin açılmasına və bunla da müsəlmanlar arasında rahat gediş-gəlişə mane olmaq istəyi açıq mətnlə deyilmir.
Orta əsr idarəetməsinə qarşı çıxıb azadlıq istəyn gəncləri qətlə yetirən rejim Fələstində İsrail polisinin zorakılığından danışır. Biz hər cür zorakılığa və terrora qarşıyıq, o cümlədən Əl-Əqsa məscidində aşırı güc tətbiq edən İsrail polisinin zorakılığını qınayırıq. Məsələnin bu tərəfi aydındır. Amma başqa bir məqam da var: Bəs İranda azadlıq istəyən 500-dən çox müsəlman gəncin qətlə yetirilməsini kimin vicdanına yazaq?
Bəyanatda deyilməliydi ki, İrandan fərqli olaraq İsrail işğalçını dəstəkləməyib, sözdə yox, əməldə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, bizə müasir silahlar satıb, diplomatik dəstək verib və biz bunu unuda bilmərik. O da deyilməliydi ki, İran 1992-ci ilin mayında Azərbaycanın dövlət başçısını sülh danışıqları adı altında Tehrana dəvət edib Şuşanın işğalına şərait yaradıb. İranın Şuşanın işğalından sonrakı sükutu buna şübhə yeri qoymayıb. Çünki heç bir özünə hörmət edən dövlət belə bir vəziyyətlə barışa bilməzdi.
- Bizə olan bu düşmənçilik münasibətinin səbəbi nədir?
- Onaları narahat edən Azərbaycanın dünyəvi və müstəqil ölkə olmasıdır. Panfarsistlər müasir və inkişaf edən Azərbaycanın Cənubi Azərbaycanda milli oyanışa səbəb ola biləcəyini düşünürlər. Çalışırlar ki, cənublular bizi problemlər və səfalət içərisində çabalayan bir ölkə kimi görsün. İrandakı rejim dini ideologiyaya yox, panfarsizm dünyagörüşünə söykənir. Problemlər də burdan qaynaqlanır. Rejim türklərə, İranda yaşayan digər xalqlara nifrət edir. Amma bu nifrət rejimin sonunu gətirəcək. Biz farslara yox, fars sovinizminə qarşıyıq. İrandakı rejim ölkənin bütövlüyünü qorumaq istəyirsə digər xalqlara hörmət etməli, onlar barəsində aşağılayıcı lətifələr qoşub fars olmayanların milli heysiyyatına toxunmamalı, onlara öz dillərində yazıb-oxumağa, mədəniyyətlərini inkişaf etdirməyə imkan yaratmalıdır. Başqa xalqları əsarət altında saxlamaq üçün öz millətini - farsları da adi insani hüquqlardan məhrum etməməlidir.
Biz İranla həmişə yaxın qonşuluq münasibətləri qurmaqda və sıx əməkdaşlıqda maraqlı olmuşuq, bu gün də maraqlıyıq. Həmişə bəyan etmişik ki, bizim başqa dövlətlərlə əməkdaşlığımız İrana qarşı yönəlməyib, biz heç vaxt öz ərazimizdən İrana qarşı istifadə olunmasına yol verməyəcəyik. Biz İranın daxili işlərinə qarışmamışıq, seperatizmi dəstəkləməmişik. Amma çadraya bürünmüş panfarsistlərin bizə münasibətdə yürütdüyü düşmənçilik siyasəti yaxın qonşu və dost ölkələr olmağımıza imkan vermir. İran yanlış olaraq düşünür ki, Azərbaycanla düşmənçilik onların maraqlarına cavab verir. Yaranmış gərginliyə və münasibətlərin korlanmasına görə bütün məsuliyyət İranın üzərinə düşür. İran münasibətlərin normal məcraya düşməsini istəyirsə Azərbaycana yönəlik düşmənçilik siyasətinə son qoymalı, işğalçını və seperatizmi dəstəkləməməli, Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

