Ayxan Hacızadə: "Nikol Paşinyanın iddiaları tamamilə əsassız və qəbuledilməzdir"
13.04.2023 [19:25]
"Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 13-də hökumət iclasında çıxışı zamanı Laçın istiqamətində baş vermiş son təxribatda məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atması, Azərbaycanı Praqa və Soçi görüşləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda təqsirləndirməsi tamamilə əsassızdır və qəbuledilməzdir".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi iddiaları şərh edərkən bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının bir gün əvvəlki bəyanatına istinad edən baş nazirin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlaması bir sıra qərəzli məqamları ehtiva edir: "Nikol Paşinyana xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan işğal siyasəti nəticəsində 1990-cı ildə Kərki və Bağanis Ayrım kəndləri işğal edilib. Bununla yanaşı, Ermənistanın üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də erməni silahlı qüvvələrini çıxarmaması, 8 Azərbaycan kəndini işğal altında saxlaması məlumdur. Bu xüsusda, baş nazir ilk öncə 1991-ci il sərhədləri dedikdə nə nəzərdə tutulduğu məsələsinə aydınlıq gətirməlidir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsi və bu ərazilərdən qüvvələrini geri çəkməməsi Praqa və Soçi razılıqlarının ciddi şəkildə pozulmasının və Ermənistanın sülh prosesində maraqlı olmamasının bariz nümunəsidir".
A.Hazcızadə deyib ki, Ermənistanın Azərbaycanda həyata keçirdiyi təxribatlara və qeyri-qanuni fəaliyyətlərə son qoymaq məqsədilə Laçın yolunun başlanğıcında sərhəd nəzarət-keçid məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifinə müsbət cavab vermək əvəzinə, Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını da təhrif etməkdən çəkinmir: "Qeyd edək ki, Azərbaycan hökumətinin Laçın yolunda baş verən etirazların təşkilatçısı olduğu iddiası məhkəmə tərəfindən rədd edilib, “yolun bağlandığı” və “ərazinin blokadada” saxlandığı barədə iddiaların heç bir əsası yoxdur. Ermənistan tərəfini əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara geri qayıtmağı, kommunikasiyaların açılması, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik".
Xəbər lenti
Hamısına baxDünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38

