12 may - Beynəlxalq Tibb Bacısı Günü
12.05.2023 [11:12]
Şahanə XANKİŞİYEVA
Qonşuluqda Liza xala dediyimiz tibb bacısı yaşayır. Balacadan-böyüyə hamımızın “həkimi” olub. Nə zaman birimizə bir şey olsa, harayımıza Liza xala gəlirdi. Qonşu məhəllələrin sakinləri də onu tanıyır. Bunu uşaq vaxtından ona ünvanlanan alqışlardan anlayırdım...
Liza xala həqiqətən də gözəl bir peşəyə sahib idi. İnsanların yaralarına dərman olmaq, bu qədər sevilmək, ailədən olmaq hər peşə sahibinə qismət olmur. Müsbət cəhətləri özündə birləşdirməklə yanaşı, yüzlərlə insanın ölümünə şahid olmaq qədər də ağrılı bir peşədir. Ancaq onlar sarıdığı yaralar, məlhəm olduğu həyatlarla yadda qalırlar. Bu gün isə onların günüdür - Beynəlxalq Tibb Bacısı Günüdür. Bu tarix 1965-ci ildən qeyd olunur. Şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir.
Bəzən bizə özünü ailə üzvünün bir parçası kimi hiss etdirir, bəzən şəfqəti ilə bizim qayğımıza qalır. Dünyada bir çox insan bu peşəyə yiyələnməyə can atır. Axı kim istəməz ki, kiminsə həyatında müsbət bir iz qoysun?
Onlara nəinki şəhərdə, rayonda, kənddə hətta cəbhə arxasında da daim ehtiyac duyulur. Bəlkə də o an üçün ən müqəddəs insan hesab olunur. Müharibənin odu-alovu içində bir əsgərin həyatını xilas etmək həm də Vətən üçün əvəzedilməz şücaətdir.
Xatırladaq ki, ilk azərbaycanlı şəfqət bacısı General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya olub. O, Birinci Dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib.
Arəstə Baxışova adı hamınıza tanış gəlir. Bəli, arxa cəbhənin ölməz qəhrəmanı olan Arəstə də bu peşəni sevərək icra edənlərdən idi. Təəssüf ki, İkinci Qarabağ müharibəsində şəhid oldu. Ancaq adını Azərbaycanın həm qanlı, həm şanlı səhivələrinə yazaraq köçdü bu dünyadan. O, bir çox yaralı əsgər və zabitlərimizi döyüş meydanından çıxarıb və onlara tibbi xidmət göstərərək ölümün pəncəsindən xilas edib. Oktyabrın 23-də Qubadlı uğrunda gedən gərgin döyüşlər zamanı yaralı əsgərlərimizi döyüş meydanından çıxaran zaman güllə yarası alıb. Ömrünün otuz birinci baharında Vətən uğrunda qəhrəmancasına şəhid olub. Ölümündən sonra tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.
Koronavirus infeksiyasına qarşı aparılan mübarizədə tibb bacıları təcrübə və peşəkarlıqları, özlərinin ən üstün şəxsi keyfiyyətləri və qətiyyətləri ilə yaxından iştirak ediblər. Bu peşənin sahibi olan hər kəsi təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

