Müstəqil Azərbaycanın sarsılmaz təməli...
25.05.2023 [11:20]
Heydər Əliyev yeni Azərbaycanı, bugünkü gerçəklikləri və gələcəyə aparan yolları müəyyənləşdirdi
XX əsr Azərbaycan tarixində xüsusi yer tutur. Bir əsrdə iki dəfə müstəqillik əldə edən ölkəmiz üçün ötən yüzillik bəlkə də olduqca ağır nəticələrə yol açardı - bütün zamanlarda ölkəmizi, xalqımızı çətinliklərdən, xilas edən ulu öndər Heydər Əliyev olmasaydı...
Fəaliyyətinin bütün dövrlərində xalqının mənafeyini düşünən, dövlətin və dövlətçiliyin keşiyində dayanan, onu inkişaf etdirən ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı regionun, dünyanın qəbul edəcəyi səviyyəyə yüksəltdi. Müstəqilliyimizin möhkəmləndirilməsi, demokratiyanın və insan hüquq və azadlıqlarının daha da genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fenomenal işlər görmüş görmüş ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətini yaşatdı, inkişaf etdirdi. Bu gün yüzilliyini qeyd etdiyimiz - XXI əsrin “Heydər Əliyev İli”ndə dünyanın ən yüksək tribunalarından səsi eşidilən Azərbaycanın inkişafının bütün illəri, ayları, günləri
Heydər Əliyevin adı ilə bağlıdır.
Bu şəhər təkcə “neft Bakısı” deyil...
Bu inkişaf tarixi isə 1969-cu ilin 14 iyulundan başlayır. ulu öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsi hadisəsi dövlətimizin, xalqımızın varlığı, inkişafı üçün təməl rolunu oynadı. Necə ki, Ulu Öndərimiz 1993-cü ildə parçalanmanın eşiyində dayanmış, iqtisadi cəhətdən çökmüş bir Azərbaycana can verdi, onu inkişaf yoluna çıxardı, eləcə də 1969-cu ildə eyni missiyanı həyata keçirdi.
Ulu Öndərimiz birinci dəfə hakimiyyətə gələndə - ötən əsrin 60-cı illərinin sonunda Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz
Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrünün əsası qoyuldu. 1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildi. Azərbaycan haqqında nəinki keçmiş ittifaqda, həmçinin dünyanın bir çox ölkələrində konkret bir fikir formalaşdı: Bura təkcə “Neft Bakısı” deyil, öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti olan bir ölkədir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etdi. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur.
Azərbaycançılıq ideyası yarandı, qorundu, inkişaf etdirildi...
Bu dövrün Azərbaycanın gələcəyi ilə bağlı başlıca məzmunu azərbaycançılıq ideologiyasının əsasının qoyulmasıdır. Həmin dövrün siyasi konyukturası olduqca tünd idi - Heydər Əliyev fəaliyyəti ilə Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol vermədi, əksinə onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacardı. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur. Sovet dövrünün ideoloji təbliğatına baxmayaraq, Azərbaycançılıq ideyasına sadiqliyini qoruyub saxlayan Ulu Öndər ölkədə ana dilindən istifadəni təşviq etdi. Məhz Ulu Öndər tərəfindən doğma dilə verilən önəmin nəticəsi idi ki, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili ilk dəfə olaraq rus dili ilə yanaşı, rəsmi dövlət dili kimi öz əksini tapdı.
Ulu Öndər 1970-ci illərdə minlərlə azərbaycanlı gəncin Sovetlər Birliyinin ən qabaqcıl ali təhsil ocaqlarında biliyə yiyələnməsinə nail oldu. Məhz ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə SSRİ-nin müxtəlif respublikalarında oxumağa göndərilən azərbaycanlı gənclərin sayı dəfələrlə artdı. Təhsilini bitirdikdən sonra ölkəyə qayıdan həmin gənclərin böyük hissəsi sonradan müstəqil Azərbaycan Respublikasında elmin inkişafında mühüm rol oynadı.
Birinci sənaye inqilabı...
Ulu öndər Heydər Əliyev 1969-cu ildə sovet Azərbaycanına rəhbər seçildiyi dövrdə atdığı addımlarla, gördüyü genişmiqyaslı işlərlə, istər kənd təsərrüfatı, istərsə də sənayenin ağır və yüngül sahələrində inqilabi yeniliklər etməklə, abadlıq-quruculuq fəaliyyətinin miqyasını genişləndirməklə öz xalqının sevgisini, məhəbbətini qazandı. Tək bir faktı qeyd etmək lazımdır ki, 1970-ci ilin iyulunda Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi sayəsində SSRİ Nazirlər Sovetinin qəbul etdiyi (Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında, qərar Respublikada kənd təsərrüfatı məhsulları istehsalının inkişafında müstəsna rol oynadı.
Azərbaycanda bu müddətdə yüngül sənaye (tikinti, cihaz və neft maşınqayırma sənayesi) inkişaf etdi. O dövrlərdə bütün yaşayış məntəqələrində - şəhərlərdə, qəsəbə və kəndlərdə əhalinin mənzil-məişət şəraiti kökündən yaxşılaşdırıldı. Hazırlanan strateji proqrama əsasən, 1970-ci illərdə bütün Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Ölkədə elektrik enerjisi və qaz təminatı, telefon şəbəkələşdirilməsi mühüm bir inkişaf tempi qazandı - ölkənin hər yerində yeni infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı. Artıq Azərbaycan Sovet İmperiyası çərçivəsində öz infrastrukturuna görə digər müttəfiq ölkələri belə qabaqlayırdı.
Böyük şəhərlər, yeni infrastrukturlar...
Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu dövr həm də Azərbaycan iqtisadiyyatının ittifaq asılılığından xilas edilməsi ilə yadda qaldı - Ümummilli Lider hələ o illərdə Azərbaycanın müstəqil gələcəyi, bu günü üçün təməllər qururdu. O, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolunu müəyyən edirdi - bu baxımdan da Heydər Əliyevin ilk dəfə ölkə rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, özünəqayıdışın başlanğıcı hesab olunur. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilirdi. İstər Gəncə, Əlibayramlı (Şirvan), Mingəçevir, Lənkəran, Salyan, Sumqayıtda, istərsə də ölkənin digər rayonlarında tikilən yeni zavodlar iqtisadiyyatın paytaxt asılılığından çıxmasına şərait yaradırdı. Heydər Əliyev bütün sahələrdə yüksək ixtisaslı kadrların hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların böyük əksəriyyətini respublikanın daxilində hazırlamaq məqsədilə ali və orta ixtisas müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi. Onların yeni binalar və avadanlıqlarla təchiz olunması təmin edildi.
Ordu quruculuğunun formalaşdırılması...
Azərbaycanın XX əsrdə ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər böyük tarixi şəxsiyyət, ulu öndər, görkəmli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. 1967-ci ildə Azərbaycan təhlükəsizlik orqanlarına rəhbər təyin olunan ulu öndər Heydər Əliyev hansısa bir şəkildə ölkənin ordu potensialını qaldırmağın vacibliyini dərk edirdi. Amma dövr, sovet nomenklaturası bu addımların atılmasına, ölkə hüdudlarında hərbi məktəblərin açılmasına və azərbaycanlıların peşəkar səviyyədə ordu sıralarına qatılmasına imkan vermirdi. 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev nə qədər çətin də olsa, bu prosesin əsasını qoydu. Ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbər seçilməsi milli hərbi kadr hazırlığı sahəsində vəziyyəti yaxşılığa doğru dəyişdi. İstisnasız demək olar ki, sovet ordusunda azərbaycanlı zabit kadrlarının sayının artmasında ümummilli liderimiz Heydər Əliyevin böyük rolu oldu. Ulu Öndərin o zaman uzaqgörənliklə həyata keçirdiyi tədbir- Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin yaradılması və ölkəmizin hərbi təhsil tarixində yeni bir səhifə açdı. İndi hərbi lisey kimi fəaliyyət göstərən bu məktəbin təsis edilməsi respublikamızda milli zabit kadr hazırlığının yüksəlməsinə, azərbaycanlıların hərb sənətinə marağının artmasına təkan verdi. Böyük şəxsiyyət Heydər Əliyev bilirdi ki, gün gələcək Azərbaycan dövlət müstəqilliyinə yenidən qovuşacaq və müstəqil dövlət üçün peşəkar hərbi kadrlar lazım olacaq. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olan azərbaycanlıların sayında da nəzərəçarpacaq dərəcədə artım müşahidə olundu. Ümummilli lider bu günləri hər zaman xatırlayırdı və necə çətin bir dövrdə Azərbaycan Ordusunun inkişafı uğrunda hansı əziyyətlərə qatlaşdığını belə ifadə edirdi: “Biz 1970-ci illərin əvvəllərində azərbaycanlılardan ibarət peşəkar hərbi kadrlar hazırlanması məsələsini xalqımızın əsas vəzifələrindən biri kimi ortaya atdıq. Nə üçün? Birincisi, mən bu gün açıq deməliyəm ki, bizim, xalqımızın şərəfinə toxunurdu ki, orduda azərbaycanlı zabit, general ya yoxdur, ya da azdır. İkinci tərəfdən, bu, bizə ona görə toxunurdu ki, səfərbər olunanların əksəriyyəti ikinci-üçüncü dərəcəli hissələrə, inşaat batalyonlarına göndərilirdi. Əgər XIX əsrdə millətimizin orduda xidmət etməsinə məhdudiyyət qoyulduğu halda, Azərbaycan xanları generallar hazırlanmasına xüsusi diqqət verirdilərsə, bəs XX əsrin ikinci yarısında nə üçün biz azərbaycanlılardan generallar, yüksək rütbəli zabitlər hazırlamamalıyıq? Ona görə də biz bu işlə çox ciddi məşğul olduq və 1972-ci ildə Cəmşid Naxçıvanski adına orta hərbi məktəb yarandı. Ancaq biz təkcə bununla kifayətlənmədik”.
Həmin dövrdə ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə keçmiş ittifaqın ayrı-ayrı hərbi məktəblərinə oxumaq üçün azərbaycanlı gənclərin göndərilməsinə başlanıldı. 1972-ci ildən etibarən hər il 300-400, 1970-ci illərin axırlarına doğru isə hər il ittifaqın müxtəlif şəhərlərində yerləşən təxminən 45-dən artıq hərbi məktəbə təhsil almaq üçün ümumən 800-900 gənc kadr göndərilirdi. Bu isə gələcəkdə qurulacaq müstəqil Azərbaycanımızın ordu potensialının ilkin təməllərinin atılması demək idi...
Bu günün rakursundan baxanda Heydər Əliyevin hələ sovet dövründə müstəqil Azərbaycanın konturlarını tam müəyyənləşdirdiyinin şahidi oluruq. Bir daha bəlli olur ki, müasir uğurlarımızın tarixi əsasları məhz Heydər Əliyev dühasının təntənəsidir...
Pərviz SADAYOĞLU
Yazı Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsinin “ Tənəzzüldən intibaha: SSRİ dönəmində Azərbaycanın yüksəlişi” istiqaməti üzrə təqdim olunur
Xəbər lenti
Hamısına bax
Siyasət
31 May 23:00

Siyasət
31 May 21:39

Xəbər lenti
31 May 21:37

Siyasət
31 May 21:34

Siyasət
31 May 20:03

Xəbər lenti
31 May 19:33

Xəbər lenti
31 May 18:13

İqtisadiyyat
31 May 16:54

Xəbər lenti
31 May 16:53

Xəbər lenti
31 May 16:16

Dünya
31 May 15:47

Xəbər lenti
31 May 15:02

Xəbər lenti
31 May 14:39

Xəbər lenti
31 May 14:35

İqtisadiyyat
31 May 14:05

Xəbər lenti
31 May 13:30

Xəbər lenti
31 May 12:59

Xəbər lenti
31 May 12:29

Gündəm
31 May 12:22

İqtisadiyyat
31 May 12:09

Siyasət
31 May 11:56

Gündəm
31 May 11:53

Xəbər lenti
31 May 11:48

Xəbər lenti
31 May 11:30

Xəbər lenti
31 May 11:25

Sosial
31 May 11:15

MEDİA
31 May 11:10

Xəbər lenti
31 May 11:09

Xəbər lenti
31 May 11:08

Xəbər lenti
31 May 10:55

Xəbər lenti
31 May 10:50

Xəbər lenti
31 May 10:45

Xəbər lenti
31 May 10:44

Analitik
31 May 10:41

Xəbər lenti
31 May 10:33

Siyasət
31 May 10:30

Siyasət
31 May 10:22

Siyasət
31 May 10:20

Siyasət
31 May 10:15

Xəbər lenti
31 May 10:10

Gündəm
31 May 10:00

Xəbər lenti
31 May 09:57

Xəbər lenti
31 May 09:56

Xəbər lenti
31 May 00:01

Xəbər lenti
30 May 23:48

Xəbər lenti
30 May 21:46

Xəbər lenti
30 May 20:03

Xəbər lenti
30 May 19:59

Xəbər lenti
30 May 19:03

Xəbər lenti
30 May 18:40

Xəbər lenti
30 May 18:04

Xəbər lenti
30 May 17:45

İqtisadiyyat
30 May 16:46

Siyasət
30 May 16:41

Xəbər lenti
30 May 16:20

Xəbər lenti
30 May 16:13

Xəbər lenti
30 May 16:08

Xəbər lenti
30 May 15:34

Dünya
30 May 15:33

Xəbər lenti
30 May 15:13

Xəbər lenti
30 May 15:04

Xəbər lenti
30 May 14:31

Xəbər lenti
30 May 14:28

Xəbər lenti
30 May 14:12

Gündəm
30 May 13:40

Siyasət
30 May 13:38

Xəbər lenti
30 May 13:35

Xəbər lenti
30 May 13:34

Xəbər lenti
30 May 13:23

Xəbər lenti
30 May 13:13

E-qəzet
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |