Nizamsız taksi xaosu: problemdən çıxış yolu nədir? - RƏY
25.05.2023 [16:01]
Son illər ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlərin həm sürücüləri, həm də sərnişinləri narahat etməsi barədə sosial mediada bir çox narazılıqlara rast gəlinir. Taksi sürücüləri aqreqatorlardan və ağır iş şəraitindən, sərnişinlər kobud sürücülərdən, vətəndaşlar isə nəzarətsiz və ehtiyacdan çox taksilərin paytaxt küçələrində yaratdığı uzun tıxaclar, eyni zamanda xaosdan şikayətlənir. Sadalanan problemlərdən çıxış yolu kimi müxtəlif versiyalar səslənsə də, vəziyyət dəyişməz olaraq qalır. Problemin həlli ilə bağlı qanunvericiliyə dəyişikliklər və yeniliklər edilməsi də səslənən versiyalar arasındadır.
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynli "Report"a açıqlamasında mövcud problemin əsas səbəblərini açıqlayıb.
Onun sözlərinə görə, bu problemlərin əsas səbəbi taksi fəaliyyətinin hüquqi tənzimində və taksi fəaliyyətinə dövlət nəzarətində çox ciddi problemlərin olmasıdır.
Ekspert ölkədə taksi ilə sərnişindaşımada böyük bir xaosun, eyni zamanda qanundankənar vəziyyətin mövcud olduğunu söyləyib: "Nə qədər qəribə olsa da, bu, ilk növbədə taksi sürücülərini narahat edir. Çünki onlar gün ərzində 12-14 saat işləyir, yuxusuz və yorğun olduqları üçün qəzalar törədirlər. Həmçinin demək olar ki, həmin nəqliyyat vasitələrini idarə edənlərin çoxunda sürücü hazırlığı yoxdur. Tıxacların yaranma səbəblərindən biri də məhz bu haldır".
Ə.Hüseynov əlavə edib ki, sərnişinlərin də bəzi məsələlərlə əlaqədar haqlı narazılıqları olur:
"Qiymətlər ucuz və əlçatan olsa da xidmətin keyfiyyəti ilə bağlı problemlər kifayət qədərdir. Hər kəsə aid olmasa da, sürücülərlə sərnişinlər arasında kobud rəftar ucbatından xoşagəlməz halların yaşanması heç kimə sirr deyil. Bu problemlərin əsas səbəbi də Azərbaycanda taksi fəaliyyətinin hüquqi tənzimində və taksi fəaliyyətinə dövlət nəzarətində çox ciddi problemlərin olmasıdır. Ona görə də birinci növbədə qanunvericiliyi təkmilləşdirmək lazımdır. Qanunvericilikdə taksi aqreqatorlarının statusu, onların taksi sürücüləri ilə qarşılıqlı münasibətləri, öhdəlikləri dəqiq müəyyən olunmalıdır. Sürücülərin hansı tələblərə cavab verməli olduğu, eyni zamanda avtomobilin necə olması ilə bağlı məsələlər də öz həllini tapmalıdır. Sürücülərin iş və istirahət müddəti də dəqiq təyin edilməlidir".
Ekspert vurğulayıb ki, qaydalar müəyyən edildikdən sonra onu pozan aqreqatorlar ciddi sürətdə nəzarətə götürülməli və onlar barəsində sanksiyalar tətbiq olunmalıdır: "Bir sözlə konkret tələblərə cavab verməyənlər bu işlə məşğul ola bilmir. Bu isə özü bir limit yaradır və ölkədə həddindən artıq taksilərin fəaliyyətinin qarşısını alır. Buna dövlət nəzarəti də əslində çox qəliz məsələ deyil. Belə ki, məsələnin həlli üçün xüsusi sistem yaradılır, aqreqatorların internet portalları dövlətin nəzarət sisteminə inteqrasiya olunur. Bununla da dövlət qurumu sürücünün tələblərə uyğun olub- olmadığını asanlıqla görə bilir. Beləliklə yaranmış bir çox problem aradan qaldırılmış olur".
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

