Ali məhkəmədə media nümayəndələri ilə görüş
26.05.2023 [10:53]
Media sahəsində aparılan islahatların əsas məqsədi açıqlanıb
Günel ABBAS
Mayın 25-də Ali Məhkəmədə Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüş keçirilib. Toplantıda Ali Məhkəmənin sədri İnam Kərimov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov və media orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri İnam Kərimov qeyd edib ki, ölkəmiz böyük qlobal əhəmiyyətli proseslərdə regionun aparıcı liderinə çevrilir və yeni çağırışlarla qarşılaşır: “Bu müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir. Ali Məhkəmə olaraq məhz bu səbəblərdən məhkəmə islahatlarına dəstək vermək üçün Femida Dialoq Platformasını təsis etmişik. Bu platforma çərçivəsində hüquqşünaslar, hüquq müdafiəçiləri, eləcə də vətəndaş cəmiyyəti institutları ilə müzakirələr təşkil olunur. Femida Dialoq Platforması üzrə sayca ikinci görüşün media nümayəndələri ilə keçirilməsi ictimai-siyasi həyatın əsasını təşkil edən medianın cəmiyyətimizdəki böyük rolundan irəli gəlir”.
İ.Kərimov qeyd edib ki, media cəmiyyətin hər bir üzvünü onlar üçün əhəmiyyət kəsb edən məsələlər haqqında daha yaxşı məlumatlı olmağa imkan verən faktlarla təmin edir: “Eyni zamanda informasiyanın mötəbərliyinin və dəqiqliyinin yoxlanılması, eləcə də təhlil olunması üçün müxtəlif baxışlara, müzakirə və tənqidlər üçün şərait yaradır. Bütün bunlar isə cəmiyyətdə sağlam rəqabəti təmin etməklə inkişafa dəstək vermiş olur. Ölkəmizdə digər sahələrlə yanaşı, media sahəsində də islahatlar hər zaman dövlətin diqqətində olub. Son dövrlərdə aparılan islahatlarla media fəaliyyətinin qanunvericilik bazası təkmilləşdirilib, media fəaliyyətinin iqtisadi əsasları möhkəmləndirilib. Eyni zamanda, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması istiqamətində mühüm işlər görülüb”.
Ali Məhkəmənin sədri bildirib ki, bu gün ölkəmizdə həm qanunvericilik, həm də məhkəmə praktikası ilə media azadlığı təmin olunur: “2001-ci ildə ölkəmiz “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulub və həmin vaxtdan Konvensiya ölkə qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir. Bununla da Avropa Məhkəməsinin presedent hüququ yerli məhkəmələr tərəfindən Konvensiyanın tərkib hissəsi kimi qəbul edilərək təcrübədə geniş tətbiq edilir. Bu da nəticə etibarı ilə media azadlığının ölkəmizin məhkəmələri tərəfindən Avropa Məhkəməsi standartlarına uyğun təmini deməkdir”.
Daha sonra çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə deyib ki, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək Agentliyin daim diqqətində saxladığı məsələlərdəndir.
Media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılmasının ölkəmizdə plüralizmin, fikir və söz azadlığının təmin edilməsinin bariz sübutu olduğunu vurğulayan Əhməd İsmayılov media sahəsində islahatların əsas məqsədinin media mühitinin sağlamlaşdırılmasına və keyfiyyətli xəbər istehsalının dəstəklənməsinə yönəldiyini qeyd edib. Toplantı iştirakçıların çıxışları ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59

